Yamal Yarimadasi - Wikipedia
Yamal yarımadası — yarımada Qərbi Sibirin şimalında, Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Yarımadanın uzunluğu 700 km, eni 240 km təşkil edir. Sahillərini Kara dənizi və Ob estuarisi yuyur.
Yamal yarımadası | |
---|---|
Yerləşməsi | |
71°00′00″ şm. e. 70°00′00″ ş. u.HGYO | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lanşaftı tundra, cənub hissələrində isə meşə tundradır. Çoxlu sayda gölləri vardır. İnsan tərəfindən zəif məskunlaşılmışdır. Əsasən maralçılıq, balıqçılıq geniş yayılmışdır. Yarımada ərazisində zəngin qaz yataqları vardır.
Etimalogiyası
redaktəBoris Mixayloviç Jıtkov 1909-cu ildə yarımada haqqında məlumat verərək Ya və mal sözlərinin birləşməsindən əmələ gəldiyini bildirir. Bu isə Ya (rus. Я) torpaq, mal isə sonuc mənasında işlədilir[1] Buna misal kimi Yurmala göstərilir: jūra («dəniz») + mala («ucqar»). Hətta belə bir deyim vardır o hansı yarımadadır ki, özünün kiçikliyinə görə şikayətlənir.
Coğrafiyası
redaktəŞimali Sibirin qərbində yerləşir. Qərbdən Kara dənizi (Baydaraskaya körfəzi), şərqdən isə Ob estuarisi ilə əhatələnir. Yarımadanın şimalında yerləşən Belı adası yarımadadan Malıgin boğazı vasitəsi ilə ayrılır. Yarımadanın sahəsi 122000[2]
Relyefi düzənlidir. Ən hündür hisssi 90 metri keçir. Orta hündürlük isə 50 metrdir.
Yamal ərazisində çoxlu sayda qaz yataqları vardır. Xüsusi ilə cənub və qərb hissələri seçilir. 2009-cu il hesablamalarına görə yarımadada 16 triliyon m³ qaz ehtiyatı vardır[3].
Nəqliyyatı
redaktəYamal ərazisindən Ob-Bovanenko-Kara dəmir yolu keçir. 2013-ci ilin oktyabr ayında yeni inşa edilən yeni dəniz limanı ilk yükləri qəbul etmişdir. Hədəf isə sıxılmış qazın digər ərazilərə tədarükü olmuşdur. XX əsrin ikinci yarısından Yeni liman və Xarasavey limanları istifadəyə verilmişdi.
Yaşayışı mümkünsüz edən hallar
redaktə- Sərt iqlim (Uzun və sərt qış, soyuq və qısa yay, güclü küləklər)
- Güclü bataqlıqlaşmış ərazilər.
- Ərazinin çox illik qrunt buzlağı ərazisində olması
- İnfrastrukturanın zəif inkişaf etmiş olması və nəqliyyat şəbəkəsinin azlığı
İqlimi
redaktəYamal Subantarktik iqlim qurşağında yerləşir. Şimalı isə hətta arktikdir. Yanvar ayının orta temperaturu −23° -dən −27°Selsi olur, iyul ayında isə +3° -dən +9° Selsi olur. İllik yağıntının miqdarı 400 mm təşkil edir. Qarın qalınlığı 50 sm olur.
Hidrologiyası
redaktəOktyabr ayının ortalarında bütün çayları donur. İyun ayının ortalarında isə çayların donu açılır. Gölləri isə hətta dibinə kimi don bağlayır. Çayları əsasən qar suları ilə qidalanır. Gursululuq dövrü iyun ayına təsadüf edir.
Yarımada ərazisində çoxlu sayda göl vardır: Yambuto. Ən uzun çayları: Mordıyaxa, Nerutаyaха, Yombıdıyaxa, Syadoryaxa, Pıyakoyayaxa, Puxuçayaxa, Tiuteyaxa, Хараsаvey, Seyaxa, Yasoveyyaxa, Yoribey, Lаtа-Маrеtо-Yaха, Хutı-Yaха, Nеnzоtо-Yaха, Pеmаkоdа-Yaха.
Flora və Faunası
redaktəƏrazisinin böyük hissəsində tundra yayılmışdır. Cənub hissələrində isə tundra meşələri yayılmışdır. Daimi çox illik qrunt buzlağı olan ərazilərdən ibarətdir.
Əsasən mamır və şibyələrdən ibarətdir. Ot tipli bitkilərədə rast gəlinir. Yarımadada çoxlu sayda heyvan növləri yayılmışdır. Onlardan: şimal maralı, qütb tülküsü, lemminq, qütb bayquşu, kəklik, tüklüayaq sar, qırmızıdöş qaz, qaqa, moryanka, adi şimal sərçəsi, çəhrayı qağayı və başqalarını göstərmək olar. Sularında: siqi, muskus, lota lota, sibir nərəsi, okun, karp və başqalarını görmək olar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Краткий отчет о путешествии на полуостров Ямал : (Чит. в общ. собр. И. Р.Г. О. 19 февр. 1909 г.) / Б. М. Житков стр. 20". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-15.
- ↑ "Yamal və Qıdansk yarımadaları". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
- ↑ Yelena Mazneva, Maksim Tovkaylo. Dünyanın sonunda // Vedomosti, 25.09.2009, 181 (2451)