Yalavanc - Wikipedia
Yalavanc - Haqqında Məlumat
Yalavanc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Yalavanc | |
---|---|
41°13′42″ şm. e. 49°05′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYalavanc oyk, sadə. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qismən təhrifə uğramışdır. XIX əsrin əvvəllərində Yalavac Şabran düzündə qışlaq yeri kimi qeyd olunur. Sonralar Buduq kəndindən çıxmış ailələr qışlaqda məskunlaşaraq burada kənd salmış və onu qışlağın adı ilə adlandırmışlar. Tədqiqatçılara görə, oykonim özündə türkdilli qədim Samur tayfasının yalavac tirəsinin adını əks etdirir. Dədə Qorqud dastanlarında yalavac sözü “peyğəmbər” mənasmda işlənmiş, XIII əsrə aid mənbələrdə şəxs adı kimi qeydə alınmışdır.[1]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 287 nəfər əhali yaşayır.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |