Yalanci Qusuzumu - Wikipedia
Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Yalançı quşüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yalançı quşüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəBitkinin vətəni Peru və Ekvadordur. Cənubi Amerika və Afrika, Avstraliya və Yeni Zelandiyada bitir. Yer kürəsinin isti ölkələrinə introduksiya olunmuşdur. İerusalim albalısı və ya qış albalısı kimi məlumdur.
Botaniki təsviri
redaktəHündürlüyü 1,5 m- dək olan həmişəyaşıl koldur. Yarpaqları lansetvari, bir az dalğalı, uzunluğu 10 sm-dək, qısa saplaqlarda oturur. Çiçəkləri ağ, kiçik, salxımvari çiçək quruplarına yığılmış və ya təkdir. Meyvəsi qırmızı və ya sarı rəngli, diametri 1,5 −2 sm olan yumru giləmeyvədir.
Ekologiyası
redaktəTorpağa tələbkar deyildir. Daşlı-qayalı yamaclarda rast gəlinir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda, Talışda, Naxçıvanda yayılmışdır.
İstifadəsi
redaktəDekorativ bitkidir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 184.