Yalanci Orta Soyud - Wikipedia
Yalançı-orta söyüd (lat. Salix pseudomedemii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Yalançı-orta söyüd | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yalançı-orta söyüd |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəQafqazın bir neçə qoruqlarında, yaxın Şərqdə, Gürcüstanda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 1,5-6 m olan kol və ya kiçik ağacdır. Budaqları tünd boz-qonur, çox qalın, möhkəm burulmuşdu. Yarpaqları sıx, al qırmızı, ellipsvari-uzunsov, (1,5-) 6-8,5 x (1-) 1,6-2,2 mm, ucu biz, üstü çılpaq, alt tərəfi zəif tükcüklü, saplağının uzunluğu 3-7 mm-dir. Erkək çiçəkləri 2 х 1,5 sm-dək, erkəkcikləri 2, bünövrəsində tükcüklü, tozluqları 0,4-0,5 mm; dişicik çiçəkləri silindvari, saplağı 7-12 mm, çiçək saplağı 2 mm-dir. Aprelin axırlarında çiçəkləyir. Dekorativ oduncağı çıxıntılıdır.
Ekologiyası
redaktəÇay sahillərində, meşədə dəniz səviyyəsindən 400-2350 m hündürlükdə kolluqlar əmələ gətirir. İşıqsevən mezofitdir.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəÇay kənarlarında, parklarda, bağlarda tək və qrup halında, canlı çəpərlərin salınmasında, müxtəlif əşyaların hazırlanmasında istifadə olunur.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Salix alifera Goerz
- Salix fuscata Goerz
- Salix neofuscata Kimura