Yakov Nikoladze - Wikipedia
Yakov İvanoviç Nikoladze (gürc. იაკობ ნიკოლაძე; 16 (28) may 1876, Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası[1] – 10 mart 1951[1][2][…], Tbilisi, Gürcüstan SSR, SSRİ[1]) — Gürcüstan-sovet heykəltəraşı. Müasir gürcü heykəltəraşlığının banisi hesab edilir.
Yakov Nikoladze | |
---|---|
gürc. იაკობ ივანეს ძე ნიკოლაძე | |
Doğum adı | იაკობ ნიკოლაძე |
Doğum tarixi | 16 (28) may 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 1951[1][2][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | heykəltaraş, universitet müəllimi[d] |
Təhsili |
|
Tələbələri | Tamara Abakeliya |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYakov Nikoladze 16 mart 1876-cı ildə Rusiya imperiyasının tərkibində olan Qafqaz canişinliyinin Kutaisi şəhərində anadan olmuşdur. Nikoladze 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü olmuşdur. O, 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Moskva, Odessa və Parisdə olmuşdur. Nikoladze Tbilisi Rəssamlıq Akademiyasının yaradıcılarındandır (1922). O, 10 mart 1951-ci ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir.[3]
Əsərləri
redaktəYakov Nikoladzenin əsərləri arasında yazıçı İ. Çavçavadze (1937) Ş. Rustaveli (1905, 1937) və başqalarının portretləri, "Lenin İskra"nın yaranması dövründə (1947) kompozisiyalar, İ. Çavçavadzenin qəbirüstü abidəsi (tunc, daş, 1911; 1923-cü ildə qoyulmuşdur) A. Serveteli (daş, 1914; 1922-ci ildə qoyulmuşdur; hazırda Gürcüstan İncəsənət Muzeyindədir), və K. Lesenlidzenin (mərmər, 1947) abidələri, Kutaisi şəhərində A. Sulukidzenin abidəsi (mərmər, 1923) və s.[3]
Təltifləri
redaktəNikoladze 1946-cı ildə Gürcüstan SSR xalq rəssamı adına layiq görülmüş, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Həmçinin o, Lenin ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.[3]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Николадзе Яков Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Kuznetsov S. Yakov Nikoladze // Nikoladze, Yakov (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T062512
- ↑ 1 2 3 Николадзе Јаков Иванович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 257.
Ədəbiyyat
redaktə- Урушадзе И. А. Яков Николадзе. Жизнь и творчество. — Тбилиси, «Мерани», 1977.