Y S Polyakovun Binasi - Wikipedia
Y. S. Polyakovun binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Y. S. Polyakovun binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 74 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. Bina Petrovskaya küçəsində yerləşən digər binalarla birlikdə mədəni irs siyahısına daxil olmuşdur[1].
Y. S. Polyakovun binası | |
---|---|
rus. Дом Я. С. Полякова | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Memarlıq quruluşu | Eklektika |
Tarixi
redaktə1812-ci il Fransa ilə aparılan müharibənin iştirakçısı olmuş Qeorqi Bernardaki özü üçün XIX əsrin əvvəllərində Varvasievski xiyabanında bir mərtəbəli bina inşa etdirmişdir. Onun ailəsi valideynlərin ölümündən sonra, Sankt-Peterburqa köçməsinə qədər yaşamışdır. Petrovski küçəsi, Azov dənizi sahillərində yerləşən bina 5,5 min rubl dəyərində olmuşdur. 1874-cü ildə binanı böyük sahibkar və torpaq sahibi Yskov Solomonoviç Polyakov satın almışdır. Polyakov Taqanroqda dəmir yolu çəkilişinə rəhbərlik edirdi. Üstəlik Taqanroq II stansiyasını maliyyələşdirirdi. Don Torpaq və Sankt-Peterburq-Azov kommersiya banklarının rəhbəri olmuşdur. O, Peterburqdan arxitektor dəvət etmişdir. Nəhayətdə binanın sahəsi böyümüş və ərazisində Don Torpaq Bankı yerləşdirilmişdir. Binanın genişləndirilməsi zamanı Taqanroq Tikinti komitəsinin üzvü E. Aleynikovda iştirak etmişdir. Bir müddət sonra ev qonşu binaya birləşdirilmişdir[2].
1918-ci ildə bank milliləşdirilmişdir. Bundan sonra bina müxtəlif inzibati məqsədlər üçün istifadə edilmişdir: qəza ispalkomu, şəhər ispalkomu, Leninski rayon ispalkomu; almsn işğalı zamanı şəhər magistratı. 1989-ci ildən binada şəkil qalereyası yerləşmişdi. Ancaq faktiki olaraq burada Uşaq Yaradıcılıq Evi yerləşirdi[3].
Təsviri
redaktəBina iki mərtəbədən ibarətdir. Eklrktika stilində inşa edilmişdir. Bununla belə klassizm və borokko stillərinin elementləri vardır.
İstinadlar
redaktə- ↑ "г.Таганрог (ОКН регионального значения). Часть 1" (rus). Официальный портал Правительства Ростовской области. 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
- ↑ "Дом 72" (rus). Исторический Таганрог. 2013-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
- ↑ "Эклектика" (rus). Rostov-Region. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.