Yilmaz Guney - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[2][3][…], Adana[5] – 9 sentyabr 1984[2][3][…], XIV arondisman[6]) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur.
Yılmaz Güney | |
---|---|
türk. Yılmaz Güney[1] | |
Doğum tarixi | 1 aprel 1937[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1984[2][3][…] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi[5] |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə (1983-cü ildə o vaxtkı prezident Kənan Evren tərəfindən Türkiyə vətəndaşlığından məhrum edilib) |
Həyat yoldaşı |
|
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist, montajçı[d], şair, prodüser |
Fəaliyyət illəri | 1958–1983 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFilmdən əvvəl
redaktəYılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur. Bu dönəmdə həmçinin hekayələr yazırdı. Daha sonra Atıf Yılmazın dəstəyilə film sektorunda işləməyə başladı.
Filmə başlaması
redaktəYılmaz Güney 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərinin həm ssenari müəllifi olmuş, həm də aktyor kimi rol oynamışdır. "Karacaoğlanın Karasevdası" filmində də rejissor assistenti olmuşdur. "Yeni Üfüqlər" və "On Üç" kimi jurnallara da hekayələr yazan Yılmaz Güney bir hekayəsində kommunizm propaqandası etdiyi səbəbilə 1961-ci ildə bir il yarım həbs cəzasına məhkum edilir. İki il sonra filmə qaldığı yerdən davam edən Yılmaz Güney o dövrlərdə daha çox macəra filmləri çəkir. Filmlərində əzilən, xor görülən bir "Anadolu övladının" başqaldırışı var. Bu dövrdə "Çirkin Kral" təxəllüsünü qazanır. Dövrün ən önəmli hadisəsi Lütfü Akadın rejissorluğu ilə çəkilən, ssenarisini özü yazdığı "Sərhədlərin qanunu" filminin çəkilməsi oldu.
Həbsxanaya düşməsi və qaçması
redaktəYılmaz Güney 1972-ci ildə "inqilabçılara yardım etmək" səbəbilə 2 illik həbsə və sürgünə məhkum edildi. İçəridə yatdığı zaman ərzində kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxartdığı "Güney" jurnalında yayımlamışdır. 1974-cü ildə həbsxanadan çıxmışdır. Elə həmin il "Arkadaş" filmini çəkir. 1974-cü ildə "Endişe" filmini çəkərkən kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edildi və 13 iyul 1976-cı ildə 19 il həbs cəzası verildi. Beş il həbsxanada qaldıqdan sonra 9 oktyabr 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından icazəli şəkildə çıxmış və ölkəni tərk etmişdir. Yılmaz Güneyin həbsdən qaçması macərası qəribədir; həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün bir günlük icazəsilə çıxan və itib-batan adamın həyat hekayəsini anladan rejissor, bu dəfə filmi özü oynamalı olmuşdu. Bir günlük icazəilə çıxaraq Fransaya qaçmış və həyatının qalan hissəsini orada yaşamışdı. Həbsxanada kino ilə əlaqəsini davam etdirirdi. Həbsdə olarkən ssenari müəllifi olduğu "Sürü" (rej. Zeki Ökten), eləcə də Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" (rej. Şərif Gören) filmləri çəkilmişdir. Həbsxanadaykən "Güney" adlı mədəni jurnalını çıxartdı. "Yol" filmini yenidən montaj etdi və Kann kinofestivalında mükafat aldı. Xaricə qaçdıqdan sonra Fransada "Divar" filmini çəkdi. Bu, onun çəkdiyi son film oldu. 1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşamış və ölümündən sonra Parisdəki "Père Lachaise" qəbiristanlığında dəfn edilmişdir.
Filmoqrafiyası
redaktəYılmaz Güney 114 filmdə aktyorluq etmiş, 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olmuşdur.
Yılmaz Güneyin rolu olan əsas filmlər
İl | Film | Rolu |
---|---|---|
1966 | Sərhədlərin qanunu | ssenarist, rejissor, aktyor, prodüser |
1967 | Çirkin Kral bağışlamaz | ssenarist, rejissor |
1968 | Seyyid Xan (Torpağın gəlini) | aktyor |
1969 | Bir Çirkin adam | ssenarist, aktyor |
1970 | Ümid | ssenarist, rejissor, aktyor, prodüser |
Kitabları
redaktə- Boynu Bükük Öldüler (1971)
- Ağıt
- Arkadaş
- Sürü
- Salpa (1975)
- Ölüm Beni Çağırıyor Gençlik Öyküleri
- Acı
- Sonsuz Bekleyiş Otuz Yılın Şiirleri
- Yol
- Sanık
- Hücrem
- Soba, Pencere Camı ve İki Ekmek İstiyoruz
- Oğluma masallar
- Zavallılar
- Sen ve ötekiler
İstinadlar
redaktə- ↑ https://www.aa.com.tr/tr/kultur-sanat/filmleriyle-efsanelesen-oyuncu-yilmaz-guney/1966462.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Yılmaz Güney // filmportal.de. 2005.
- ↑ 1 2 https://www.hurriyet.com.tr/kelebek/magazin/yilmaz-guneyin-eski-esi-nebahat-cehre-kimdir-kac-yasinda-41346930.
- ↑ 1 2 3 https://www.haberler.com/yilmaz-guney/biyografisi/.
- ↑ 1 2 ölüm haqqında şəhadətnamə. S. 16.
Xarici keçidlər
redaktəYılmaz Güneydən yoldaşı Nebahat Çehreyə sevgi məktubları Arxivləşdirilib 2012-08-17 at the Wayback Machine