Yuz Il Inqilab - Wikipedia
Yüz il inqilab — Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri, şair və yazıçı Sayman Aruzun yazdığı roman. Roman Cənubi Azərbaycandakı milli azadlıq hərəkatından bəhs edir. Burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunub.[1]
Yüz il inqilab | |
---|---|
| |
Müəllif | Sayman Aruz |
Orijinalın dili | Azərbaycan türkcəsi |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2012 |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Səhifə | 104 |
ISBN | 978-9952-26 |
Haqqında
redaktəRomanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar. Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Sayman Aruz. Yüz il inqilab (PDF). Bakı: Qanun Nəşriyyatı. 2012. səh. 3. ISBN 978-9952-26.