Xudu Divane Xanegahi - Wikipedia
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah.
Xudu Divanə xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | YER |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər. Buna görə də ağacın ətra fında müsəlman qəbiris tan lığı əmələ gəlib. Buranın adı ağaclarla birlikdə Xuda Divan ("Allahın məhkəməsi") adlanır. Belə bir rəvayət mövcuddur ki, əgər kimsə oradan qaraağacdan qopmuş quru bir çırpı belə aparsa qızdırma xəstəliyinə düçar olar. Belə fikirləşirlər ki, orada hansı isə müqəddəs güc, qüvvə var. Bu qüvvə qızdırma xəstəliyinə tu tulmuş adamları və heyvanları xilas edir. Buna görə də vaxtilə xəstə qoyun sürülərini qovub buraya gətirirdilər. Qızdırmalı adamlar da buraya pənah gətirir. Xəstəliyə tutulmuş adamlar bir-iki yumaq pambıq sap və bir neçə yumurta şəklində nəzir verirlər. Gətirdikləri nəziri qəbir otaqlarının (türbələrinin) qapısının ağzına qoyurlar ki, buradan ötüb keçən, qızdırmadan qorxmayanlar faydalansın. Bundan başqa buraya gələn xəstələr bardaqda gətirdikləri su ilə hər hansı bir qəbrin üstündə əl-ayaqlarını yuyur, sonra bardağı başları üstündən fırladaraq qəbir daşına çırpıb sındırırlar. Rus alimi K.N.Smirnov Naxçıvan bölgə sindəki müqəddəs yerlərdən danışarkən bu ziyarət gah haqqında da qısa şəkildə bəhs edir. O, yazır: “Hacıvar kəndi isti qamətində qadınların Novruzun altıncı günü get diyi ziyarətgah vardır. Bu ziyarətgah "Xudu Divanə" adlanır. Görünür bu Səfəvi dərvişlərindən birinin qəbridir. Burada qadınların parça (cındır) asdıqları iki ağac vardır. Ziyarətgahın adı Xudu adlı adamın adından götürülmüşdür. Bu adam Qələndəriyyə sufi təriqətinə mənsub dərviş olmuşdur. O əhali arasında hərəkətlərinə, da nışıqlarına görə dəli kimi tanınmış, bu səbəbdən də ona "divanə" ləqəbi verilmişdir. Orta əsrlərdə Naxçıvan bölgə sində geniş yayılmış sufi təriqətlərindən biri "Qələndəriyyə" olmuşdur. Özünəməxsus xüsusiyyətləri olan bu təriqətə mənsub olan dərvişlər gödək xir qələr geyinir, konusa bənzər papaqlar qoyur, bo yunlarına ağır dəmir boyunbağılar asır, barmaq larına üzük, qollarına qolbaq salır, qiymətli olan hər şeyə nifrət edir, adamlardan uzaq qaçır, daim yolda, səfərdə olur, gəzərgi həyat keçirir, bir paltar, bir parça çörəklə kifayətlənir, saçlarını, saqqallarını, hətta qaşlarını ülgüclə qırxdırırdılar. Camaat arasına bu vəziyyətdə çıxan adamı şübhəsiz ki, əhali normal qarşılamır, onu dəli, divanə, sərsəri adlandırırdılar. Qeyd etmək yerinə düşər ki, bu təriqətin üzvləri sabit məskənləri və müəyyən qaydaları olmayan, dini təlimatlarla ictimai vərdişlərdən tamamilə ayrılmış gəzəyən sərsəri dərvişlər olmuşlar". Akademik Z.Bünyadov Həmədanlı Baba Tahir Üryanın "Mən qələndər deyilən sərsəri sufiyəm, nə atəşim, nə yerim, nə yuvam var. Gündüz dünyanı gəzirəm, gecələr də başımın altında bir kərpic ilə yatıram" – sözlərini misal göstərməklə qələndəri dərvişlərinin bu xüsusiyyətini gözəl açıqlamışdır.
Yerli əhali arasında "Xudu Divanə" adı ilə tanınmış dərviş Xudu da orta əsrlərdə Naxçıvan bölgəsində geniş yayılan və fəaliyyət göstərən Qələn dəriyyə təriqətinə mənsub dərviş olmuş, bu ərazidə öz xanə gahını qurmuş, orada ya şayıb ideyalarını yaymış dır. Orta əsrlər zamanı sufi şeyxləri öz ideyalarını daha çox adama mənimsətmək, ətraf ölkələrdə yaymaq məqsədi ilə öz xanəgahlarını əsasən gediş-gəlişin çox olduğu ticarət yollarının üzərində inşa edirdilər. Xudu Divanə ziyarətgahının yerləşdiyi ərazi də Naxçıvançayın sol sahilində, Ordubad-Sədərək ticarət yolunun üzərində yerləşdiyindən, bu yol üzərində bir neçə xanəgahın fəaliyyət göstərməsinə əsasən bu ərazidə də xanəgahın yaradılmasını təbii hal kimi qəbul etmək olar. K.N.Smirnovun yazdığına görə ziyarətgah Xudu Divanənin qəbrindən ibarət olmuşdur. Görünür, Xudu Divanə vəfat etdikdən sonra müridləri tərəfindən adətə uyğun olaraq öz xanəgahı yanında dəfn olunmuşdur. Mürid ləri həmin qəbri ziyarət etdiklərindən zaman keçdikcə bu ümumi hala çevrilmiş və əhali tərəfindən ziyarət olunmağa başlamışdır. Ziyarət gah isə mənsub olduğu adamın adı ilə "Xudu Divanə" adlanmışdır.
Ədəbiyyat
redaktə- Səfərli H.Y. Xudu Divanə xanəgahı. Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik. Bakı: 2007.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh.196-198 (az.)