Xromaffin Uzvler - Wikipedia
Xromaffin üzvlər — lat. organa chromaffinia ya paraqanqlionar – lat. paraganglia ya adrenal sistem simpatik kötük mayasından, xüsusi xromaffinoblast adlanan hüceyrələrdən inkişaf edən törəmələrə deyilir; bu üzvləri təşkil edən xromaffin hüceyrələri xrom duzları təsirindən tünd qonur rəngə boyanmaları ilə fərglənir. Burada iştirak edən, yaxşı inkişaf etmiş xromaffin hüceyrələri – simpatik paraqanqlion, zəif inkişaf etmiş xromaffin törəmələri isə – parasimpatik paraqanqlion hesab edilir.
Xromaffin üzvlər | |
---|---|
| |
Latınca | Organa chromaffinia |
Sistem | Endokrin sistem |
Üzv | Daxili sekresiya |
Xromaffin üzvlərə böyrəküstü vəzilərin beyin maddəsi, yuxu yumağı, ürəküstü paraqanqlion, aortayanı cisimciklər, büzdüm cisimciyi və peritonarxası hücrəli toxumada aorta boyu yerləşmiş xromaffin hüceyrələri aiddir.
Yuxu yumağı
redaktəYuxu yumağı ya yuxuarası paraqanqlion – lat. glomus caroticum forma və böyüklük cəhətcə düyü dənəsinə bənzəyir. Ümumi yuxu arteriyasının xarici və daxili yuxu arteriyalarına bölünən yerində yerləşmişdir. Rəngi qanın miqdarından asılı olaraq sarı-qırmızi, ya açıq-boz, konsinstensiyası xeyli sərt və xarici səthi dənəli olur. Yetişmiş şəxsdə uzunluğu 5–8 mm, eni 2–3 mm və qalınlığı 1,5–2 mm-dir; çəkisi 22 mq-a çatır. Yuxu yumağı xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür; bəzən iki ya 3-4 hissədən təşkil olur.
Ürəküstü paraqanqlion
redaktəÜrəküstü paraqanqlion – lat. paraganglion supracardiale kiçik bir üzvdür; ürəyin sol tac arteriyasının üzərində sol seyvan altından keçən yerində yerləşmişdir. uzunluğu 15 mm və eni 3 mm-ə çatır. Bundan başqa bir qisim xromaffinhüceyrələr ürək kisəsi altında da təsadüf edilir.
Aortayanı cisimciklər
redaktəAortayanı cisimciklər – lat. corpora paraaortia ya aorta və ya bel paraqanqlionları miqdarca iki olur, qarın aortasının yan tərəflərində və onun bölünən yerindən bir qədər yuxarı periton arxasında yerləşir. Yenidoğulmuşda sağ vəzinin uzunluğu 11,6 mm-ə, solunku – 8,8 mm-ə çatır. Bu cisimciklər bir yaşa qədər inkişafa davam edir, sonra reduksiya etməyə başlayır, 5 yaşında tamamilə reduksiya olunur.
Büzdüm cisimciyi
redaktəBüzdüm cisimciyi – lat. corpus coccygeum 1859 cu ildə kəşf edilmiş; 2,5 mm böyüklükdə kiçik bir düyüncükdür, büzdüm üzərində lat. art. sacralis media şaxələri ucunda yerləşmişdir. Bəziləri bunu xromaffin sisteminə aid edirlər, bəziləri isə bunu heyvanlarda təsadüf edilən oma damar yumaqcığına oxşadırlar.
Bütün bunlardan başqa xomaffin hüceyrələri yığıntılarına qarın kələfində, yuxarı çöz kələfində, qarınaltı kələfdə, lat. lig. nepatoduodenale daxilində, yumurtalığın kütləsində və toxum ciyəsində təsadüf edilir.
Xromaffin üzvlərinin daşıdığı vəzifə böyrəküstü vəzilərin beyin maddəsinin vəzifəsinin eynidir.
İstinadlar
redaktə
Mənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]
Xarici keçidlər
redaktə- Secretion Control in Adrenal Chromaffin Cells Arxivləşdirilib 2004-03-27 at the Wayback Machine
- UC-San Diego Chromaffin Cell and Hypertension Research Arxivləşdirilib 2010-06-29 at the Wayback Machine
- A Primer on Chromaffin Cells
- Rat Chromaffin cells primary cultures: Standardization and quality assessment for single-cell assays (a protocol) Arxivləşdirilib 2009-07-06 at the Wayback Machine