Xrizip - Wikipedia
Xrizip (lat. Danais chrysippus) — Pulcuqqanadlılar fəsiləsinin nimfalidlər fəsiləsinə aid kəpənək növü.
Xrizip | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xrizip |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təsviri
redaktəQanadları açıq halda 66–88 mm-dir. Ön qanadın uzunluğu 33–43 mm-dir. Başı və döşü qara olub, parlaq dairəvi ağ ləkələrlədir. Ön qanadların zirvəsindən çoxsaylı ağ dairəvi ləkələrdən ibarət çəpinə enli zolaq keçir. Alt səthdə də anoloji naxış vardır, lakin ağ zolaqla qanadın zirvəsi arasında sarı və ya kərpici-sarı zolaq yerləşir. Qanadın qalan hissəsi şabalıdı-qəhvəyi rəngdədir. Arxa qanadlar dairəvi formada və kərpici-sarı rəngdədir. Dişi fərdin arxa qanadları üzrində 3, erkək fərddə isə 4 qara ləkə vardır. Cinsi dimorfizm zəif ifadə olunmuşdur.[1]
Yayılması
redaktəYunanıstan, İspaniya, Kiçik Asiya, Suriya, Kipr, İran, Hindistan, cənub-qərbi Çin, şimali, mərkəzi və şərqi Afrika, Madaqaskar, Kanar adaları, Orta Asiya, Qərbi Qazaxıstan, Cənubi Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Lənkəran ovalağında yayılmışlar.[2]
Həyat tərzi
redaktəArx, kanal və su hovuzları yaxınlığında sıx bitkili açıq sahələrdə yayılırlar. Kəpənəklər sentyabr-oktyabr aylarında uçuşur, elə bu vaxt yumurtalarını quduzotu fəsiləsindən olan Cynanchum acutum, bitkisi üzərinə qoyur, may-iyun aylarında tırtıllar bu bitkilərin yarpaqları ilə qidalanır. Azərbaycanda ildə bir, tropiklərdə isə 12 nəsil verir. Təbii düşməni və xəstəlikləri məlum deyil.[3]
Sayı
redaktəTalışda R. Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
redaktəHirkan qoruğundan kənar ərazilərdə kəpənəyin yayıldığı biotopların insanlar tərəfindən istifadəsi, qida bitkilərinin biçilməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəAzərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir. Hirkan Milli Parkında qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəHirkan qoruğundan kənarda qalan təbii yaşayış yerlərində kəpənəyin qida bitkilərinin qorunması.
Şəkillər
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan Qırmızı Kitabı. 1989 İl
- Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013
- Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475;
- Щеткин Ю.Л. Высшие чешуекрылые Вахшской долины (Таджикистан). Сталинабад, 1960, 303 с.;
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф. дис. канд. биол. наук, Баку, 1971, 24 с.;
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение, т. LI, вып.1–2, 1972, с. 136–154, 352–368;
- Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.