Xonasencay - Wikipedia
Xonaşençay - Haqqında Məlumat
Xonaşençay - Xocavənd və Ağcabədi rayonlarından axıb, Orconikidze adına kanala çatmamış quruyan çay.
Xonaşençay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 62 km |
Hövzəsinin sahəsi | 234 km² |
Ümumi məlumat
redaktəUzunluğu 62 km, hövzəsinin sahəsi 234 km²-dir. Başlanğıcını Qarabağ yaylasından (1440 m) alır. Axımı əsasən yağış sularından əmələ gəlir. Yaz fəslində yağış suları çayda kiçik daşqınlar əmələ gətirir. İllik axımının 75-80%-i bu zamanlar keçir. Çayda ən az su sərfi iyul - avqust aylarında olur. Xonaşençaydan suvarma işlərində istifadə edilir.