Xolezey - Wikipedia
Xoləzəy və ya Xoləzəy Alxaslı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Xoləzəy | |
---|---|
40°01′16″ şm. e. 46°02′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Tarixi
redaktəXoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti rayonun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (əsli Xolasay) "çayın qolu" deməkdir. Oykonim "çay qolu kənarındakı Alxaslı kəndi" mənasındadır[2].
Digər bir yerli məlumata görə- xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Belə ki, xanəzək-xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var. Xöləzək sözünün istər xanəzək, istərsə də xıləzək sözlərindən yaranmasına baxmayaraq, hər iki halda yaşamaq üçün hər bir şəraiti olan yaşayış yeri mənasını verir. Kəndin bünövrəsini Laçın rayonunun Alxaslı kəndindən gələn «Kor Novruz» ləqəbli şəxs qoymuşdur.[3]
Yaylaqlar
redaktəƏhmədoğlunun yurdu, Yuxarıdar yurd, Aşağıdar yurd, Kərbəlayıölən yurd, Uçqunyurd, Targələn dərə yurdu, Tozlu bulaq yurdu, Gen çökəyin yurdu, Tapançalı yalın yurdu, Gölün arası yurd, Qazma yurdlar, Şərəf yurdu.
Bulaqlar
redaktəGöy bulaq, Qoşabulaqlar, Yaranaldüşən bulaq, Əhmədoğlunun bulağı, Daryurdun bulağı, Uçqunun bulağı, Baldırğanlı bulaq, Tozlu bulaq, Qarağatlı bulaq, Çatımın bulağı, Sarı bulaq, Daş bulaq, Yuxarıdar yurdun bulağı, Aşağıdar yurdun bulağı, Kərbəlayıölənin bulağı, Çınqıllı bulaq, Gençökəyin bulağı, Suludərənin bulaqları, Dəfin dərəsindəki bulaqlar, İsmayılın bulağı, Qaraşdüşənin bulağı, Ağaməmməddüşənin bulağı, Gərməşovludərə bulağı.
Məşhur yerlər
redaktəTərtərin sağ sahilindəː Ələmağacı, Dəfin yalı, Dəfin güneyi, Dəfin quzeyi,Dəfin tapı,Nazikgüney, Sandıq qaya,Zeynalabdındüşən, Qanlıqəjəl, Yuxarıqar yeri, Aşağıqar yeri, Zirəlitap, Güney,Kollu zaman,Dik yer,Güneyinbaşı, Kolluq, Qarabarmaq, Çubuq qoyulan daş,Ot yığılan daş,Tanrıquludüşən tap, Çatımın dərəsi, Qaraşdüşən, Başyurd, Ortaçüxur, Aşağıçüxur, Ağaməmməddüşən, Armudlu tala, Xırmanlar, Xırmanların düzü, Dərəyeri, Eyvaz baba erkək vuran daş, Quzeyin başı, Dəyirman yeri, Şurtana yolaşan, Quzey kahası, Güney kahası, Gərməşovlu dərə, Qayalıq, Təkə qayası, Haçaqaya, Başyurdun dərəsi, Bayraməkən, Ayamarxı, Göl, Ağoyuqların dərəsi, Qanqallıyurd, Suludərə, Qaradaşlar, Xələfin düzü, Çirkinli düşən, Şamilbəydüşən, Gölünarası, Şirinsuyun dərəsi, Camallardüşən yurd, Qışbinəsi, Kərbəlayı Sultan Muradın damı, Damyeri, Gendöş, Kolluğun dərəsi, Orta yolaşan tap, Hüseynbiçən şam, Məyəllər, Soyuqbulağa yolaşan, Quzeyin meşəsi, Kərbəlayı Qasımın səngəri, Gendöş meşəsi, Armudlutala, Armudlutalanın meşəsi, Şırranın qayası, Şırranın şəlaləsi, Baxacaqlar, Adamoturan tap, Dolayıbərəyə, Dəvə çökəyinin tili, Yaranaldüşən, Xıdırlıya yolaşan, Kəngərliyə yolaşan, Sarı yarğanlar, Aşağıgöl, Yuxarıgöl, Qırmızıuçuq, Dikqəjəl, Gavın qayası, Qoruğun qayası, Çatım, Quzuqulaqlı dərə, Kəkliklərotlayan qaya, Zağan qayaları, Dəyirman yeri,Südlü bulaq,Qatır uçan,Xirmanlarin dərəsi, Həsəriyyə daşı, Əhməd xan buğa vuran daş,Şorrax,Xaşdar,Abbasəli qayıran gav,Ot qayaları,Xırman yerinin tapı,Şavagatin hasarı,
Tərtərin sol sahilindəː Mahrasa, Mahrasa binəsi, Mahrasanın meşəsi, Mahrasanın başı, Ungizlənən, Otvurulan yal, Sarıgüney, Yuxarı yalovluq, Aşağı yalovluq, Gəlingərdəyi, Kəndyeri, Dolayıkənd, Aşağı İstisu, Fontan, Gödəkdüz, Çirişliqaya, Turşsu, Dolayı kənd, Dolayı kəndin düzü, Çərisdə dərəsi, Parçameşə, Qarakaha, Almalığın tapı, Qındırğalı tap, Qəjir yuvası, Gendərə, Yetim Hüseyn açan gav.[3]
Binələr-Qışlaqlar
redaktəMahrasa binəsi, Dolayı kənd binəsi, Çatımın dərəsi binə.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.