Xok Dagi - Wikipedia
Xok_dağı - Haqqında Məlumat
Xok dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 1063,2 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzində yerləşən Böyükdüzün şimal hissəsində, eyniadlı kənddən 6 km-dək cənub-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, erozion-denidasion mənşəli yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən Xok antiklinalının cənub-şərq qanadında yerləşir.[1]
Xok dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1063,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.