Xaybax Qetliami - Wikipedia
Xaybax qətliamı — Çeçenistanın dağlıq bölgələrində olan Xaybax aulunda yaşayan Çeçen əhalinin NKVD-nin polkovnik Mixail Gveşiyani rəhbərliyindəki Sovet qüvvələri tərəfindən toplu olaraq edam edilməsinə verilən addır.[1][2]
Xaybax qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
42°53′00″ şm. e. 45°21′00″ ş. u.HGYO | |
Tarix | 27 fevral 1944 |
Ölü sayı |
|
Qətliam
redaktəƏldə edilən bilgilərə görə hadisə 27 fevral 1944-cü ildə Mərcimək əməliyyatı (bölgə əhalisinin Qazaxıstana sürgün edilməsi) zamanı reallaşmışdır. Qar fırtınasına görə sürgün olunmalı olan kəndliləri qatara stansiyasına aparmaq münkün olmadığı üçün içində qadın və uşaqların da olduğu 700 kəndli axıra yığıldı, qaçmağa çalışanlar da güllələnərək öldürüldü. Axıra yığılanların hamısı yandırıldı. Deyilənlərə görə Gveşiyanı uğuruna görə özünə medal sözü vermiş Lavrenti Beriya tərəfindən buna görə təbrik edilmişdi.[1][2]
Hadisənin bilinməsi
redaktəUkraynada əldə edilən arxeolojik tapıntılar sayəsində Xaybax aulu təkrar gün üzünə çıxdı.[3] Arxeoloqlar düşmən içində işləyən Qafqazlı kəşfiyyatçıların cəsədlərini tapdılar. Bu cəsədlərin ciblərində olan məktublarda Xaybax auunda olan insanların adları yazılmaqda idi. Arxeoloqlar köhnə Sovet generalının müşayiətində tapılan cəsədlərin qohumlarına xəbər vermək istədilər, lakin araşdırmalarının nəticəsində Çeçenistandakı Xaybax aulunun artıq var olmadığını öyrəndilər. Araşdırmalarına davam edərkən məlum oldu ki, hərbiçilər cəbhədə döyüşərkən, onların qohumları Sovet əsgərləri tərəfindən canlı-canlı yandırılmışdır.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Gammer, Moshe. Lone Wolf and Bear: Three Centuries of Chechen Defiance of Russian Rule. London 2006. Page 170.
- ↑ 1 2 Dunlop, John. Russia Confronts Chechnya: The Roots of a Separatist Conflict. Page 65.
- ↑ Игорь Пыхалов: МЕСТЕЧКОВЫЕ СТРАСТИ В ЧЕЧЕНСКИХ ГОРАХ
- ↑ Дешериев Ю. Жизнь во мгле и борьбе: О трагедии репрессированных народов.