Xatun - Wikipedia
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur.[1]
Etimologiyası
redaktəİslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur".[2] Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir.[3] Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.[4]
İstinadlar
redaktə- ↑ Хатун // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 61.
- ↑ Mernissi, Fatima. The Forgotten Queens of Islam. University of Minnesota Press. 1993. səh. 21.
- ↑ De Nicola, Bruno. Women in Mongol Iran: The Khatuns, 1206-1335. Edinburgh University Press. 2017. səh. 2. ISBN 9781474415477.
- ↑ Peter Benjamin Golden (1998), "Turks and Iranians: An historical sketch" in Johanson, Lars; Csató, Éva Ágnes. The Turkic Languages. Taylor & Francis. 2015. ISBN 978-1-136-82534-7., page 5