Xanaga Abidesi - Wikipedia
Xanağa abidəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində orta əsrlərə aid arxeoloji abidə.
Xanağa abidəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Culfa rayonunun Xanağa kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Yaşayış yeri Xanəgah kəndinin tikinti ləri altında qalmış dır. Buradakı binaların və memarlıq abidə lərinin qalıqları müasir dövrədək qalmaqdadır. Mədəni təbəqənin qalınlığı 4 metrdir. Tədqiqatlar nəticəsində toplanmış yerüstü materiallar müxtəlif növ şirsiz və şirli saxsı məmulatından ibarətdir. Şirsiz qablar küp, küpə, qazan, aftafa tipli qab sınıqları ilə təmsil olunmuşdur. Dulus çarxında hazırlan mış bu qablar qazanlar istisna olmaqla yaxşı bişirilmişdir. Qazanlar boz, digər qablar isə çəhrayı rəngdə bişirilmişdir. Şirsiz qabların səthi anqob təbəqəsi ilə örtülmüşdür. Onların xarici səthi cızma həndəsi xətlərlə bəzədilmişdir. Şirli qablar kasa, boşqab tipli qab sınıqlarından ibarətdir. Belə qablar bir qayda olaraq daxildən zəngin həndəsi və nəbati təsvirlərlə bəzədilmişdir. Fırça ilə çəkilmiş naxışların bir qismi kölgəli verilmişdir. Aşkar edilmiş fayans qab hissələri daxildən və xaricdən nəbati təsvirlərlə naxışlanmışdır. Naxışlanmada yaşıl rəng və onun müxtəlif çalarlarından istifadə edilmişdir. Xanağa yaşayış yerini yerüstü materiallar əsasında IX-XVIII əsrlərə aid etmək olar.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh.180-181 (az.)