Xama - Wikipedia
Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu.
Hazırlanması
redaktəYağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır.
Tərkibi
redaktəXamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır.
İstifadə
redaktəXama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.
Mənbə
redaktə- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 65