Xalid Tanriverdiyev - Wikipedia
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru.
Xalid Tanrıverdiyev | |
---|---|
Tanrıverdiyev Xalid Kazım oölu | |
Doğum tarixi | 15 yanvar 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 2016 (80 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Həyatı
redaktəXalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir.
Əsas elmi nailiyyətləri
redaktə- Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi.
- Azərbaycanın paleogeomorfologiyası.
- Geomorfoloji terminlərin izahlı lüğəti (üç dildə).
- Azərbaycan Respublikasının ərazisi üçün irimiqyaslı (1:50000) geomorfoloji xəritələrin tərtibi. Azərbaycanda paleocoğrafi təkamülün dinamikası haqqında elmin əsasını qoymuşdur. Ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, mofostruktur təhlil, yeni tektonik hərəkətlərin geomorfoloji metodla öyrənilməsi, müasir ekogeomorfologiya, o cümlədən geomorfologiyanın nəzəri və təcrübi məsələlərinin sistemli tədqiqatçısı idi. 170-dən çox elmi əsərin, monoqrafiya və metodik vəsaitin müəllifi olmuşdur. Xaricdə çıxmış elmi əsərlərinin sayı — 30.
Elmi əsərlərinin adları
redaktə- Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində).
- Kür çökəkliyinin relyefinin inkişafında əsas epoxalar və mərhələlər.
- Paleogeomorfoloji tədqiqatlar və qeyri struktur neft yataqlarının axtarışı.
- Ekogeomorfologiyada insan amili.
- Azərbaycan Respublikasının konstruktiv coğrafiyası.
Təltif və mükafatları
redaktə2016-cı il mayın 29-da "Tərəqqi medalına" layiq görülmüşdür.