Xalid Kazimov - Wikipedia
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri.
Xalid Kazımov | |
---|---|
Doğum tarixi | 2 oktyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəXalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Üç elmi, 150-dən çox publisistik məqalənin müəllifidir.
Evlidir, 2 övladı var.
Siyasi fəaliyyəti
redaktə2000-ci il parlament seçkilərində Xalid Kazımov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 24-cü sırada olmuşdur.[1] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Xalid Kazımov deputat seçilə bilməmişdir.[2][3]
Kitabları
redaktə- "Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə".
İstinadlar
redaktə- [1]
- http://www.azadliq.org/content/article/2014802.html
- http://regionalhumanrights.org/?p=521 Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine
- http://regionalhumanrights.org/az/?p=806 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.