Xace Abdullah Ensari - Wikipedia
Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari (4 may 1006–8 mart 1089) — Məşhur təsəvvuf alimi.
Xacə Abdullah Ənsari | |
---|---|
Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, ilahiyyatçı, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəşhur təsəvvuf xadimi Xacə Abdullah Ənsari 1006-cı ildə Heratın Kuhəndiz qalasında doğulmuşdur. O, Həzrət Məhəmməd Peyğəmbərin (s) şərəfli səhabəsi Əbu Əyyub Ənsarinin nəslindən idi. Xacə Abdullah Ənsari şəriət elmlərini də mükəmməl bilirdi; buna görə ona Şeyxülislam ləqəbi verilmişdi. Ənsarinin rəvan üsubda qələmə aldığı irfani əsərləri, saf ilahi eşqlə dolu olan münacatları məşhurdur. Ən tanınmış kitabları "Mənazilus-sairin" və Qurani-Kərim təfsiridir.
Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Xacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar.[1]
Soyu və Firəngi Mahal məktəbi
redaktəƏbu İsmayıl Xacə Abdullah Ənsari ibn Əbu Mənsur Bəlxi bin Cəfər bin Əbu Mü'əz bin Məhəmməd bin Əhməd bin Cəfər bin Əbu Mənsur əl-Təəbi'i bin Əbu Əyyub əl-Ənsari.
Xacə Abdullah əl-Ənsarinin törəmələrindən bəziləri Hindistana köçmüş və İslam düşüncəsi, maarif və sufizmin orada yayılmasını təmin etmişlər. Soyundan gələn ən ünlü şəxsiyyətlərdən biri "Qutb-ül Aləm" ləqəbiylə tanınan Şeyx Xacə Əlaəddin Ənsaridir. Məhdum Nizamüddin Ənsari və Qütb Şahid Molla Qütbüddin Ənsari bunlardan bir başqalarıdır.
Molla Qütbüddin Ənsarinin soyundan gələn Şahid ünlü Firəngi Mahal məktəbini qurmuşdur.
Farsca kitabları
redaktə- Munajat Namah (fars. مناجات نامه)
- Nasayeh (fars. نصایح)
- Zad-ul Arefeen (fars. زاد االعالرفین)
- Kanz-ul Salikeen (fars. کنز السالکین)
- Haft Hesar (fars. هفت حصار)
- Elahi Namah (fars. الهی نامه)
- Muhabbat Namah (fars. محبت نامه)
- Qalandar Namah (fars. قلندر نامه)
- Resala-é Del o Jan (fars. رساله دل و جان)
- Resala-é Waredat (fars. رساله واردات)
- Sad Maidan (fars. صد میدان)
- Resala Manaqib Imam Ahmad bin Hanbal
Ərəbcə kitabları
redaktə- Anwar al-Tahqeeq
- Zem al-Kalam
- Manāzel al-Sā'erīn
- Kitaab al-Frooq
- Kitaab al-Arba'een
Türkcəyə çevirilən kitabları
redaktə- Tasavvufta Yüz Basamak, Çeviren Abdurrezzak Tek, Emin Yayınları, Bursa, 2008
Avropa dillərində
redaktə- A. G. Ravân Farhâdi, Abdullah Ansari of Herat-An Early Sufi Master, Curzon Press, 1996
- Jogendra Sing, The Invocations of Shaikh Abdullâh Ansârî, London, 1939
- L.Morris ve R. Sarfeh, Munâjât: The Intimate Prayers of Khwâjah Abd Allah Ansârî, New York, 1975
- Wheeler M. Thackston, Kwâja Abdullah Ansârî: Intimate Conversations, New York, 1978
- Kwadja Abdullah Ansârî Mystique Hanbalite, Beyrut 1965
- Hundred fields between man and God (Sad Meydan), çev. Münir Ahmed, Lahor, 1983
- Chemin de Dieu, Paris, 1988
İstinadlar
redaktə- ↑ M. Ağdağ, "Türkiyənin İqtisadi və İ. Tarixi" İstanbul-1974. I, 38.