Xacli Horumcek - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Xaçlı hörümçək — Hörümçəkkimilər sinfinə aid olub müxtəlif şəraitdə yaşamaqa uyğunlaşaraq çox geniş yayılmış buğumayaqlılardır[2].
Xaçlı hörümçək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xaçlı hörümçək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici quruluşu
redaktəXaçlı hörümçəyin dişi fərdi 20–25mm, erkəyi isə 10–11mm ölçüdədir.Bədəninin üzəri xitinləşmiş kitikula qatı ilə örtülmüşdür. Kitikulanın altında hipoderma, onun da altında əzələ qatı yerləşmişdir. Hörümçəyin bədədni iki hissədən: baş-döş və qarıncıq hissədən ibarət olub, özünə məxsus qurluşdadır. Baş-döş hissə qarıncığa nisbətən kiçikdir və bütöv zirehlə örtülmüşdür. Hər iki hissə yumurtaşəkilli formadadır və demək olar ki, buğumluluğunu itirmişdir. Baş-döşlə qarıncıq bir-biri ilə hərəkətli birləşmişdir. Baş-döş hissədə sternum adlanan xitinləşmiş lövhə vardır. Hörümçəyin baş-döş hissəsində 6 cüt ətraf vardır. Onların bir cütü xeliser, bir cütü pedipalp və ya çənə ayaqları, dörd cütü isə yürüş ayaqlarıdır. Xeliser ön hissədə sadə yerləşmişdir, qisadir iki buğumdan ibarətdir. Əsas buğumu silindirşəkillidir, nisbətən iridir və iç tərəfində şırım vardır. İkinci buğum qaramaqşəkillidir və uç tərəfinə doğru getdikcə itiləşir. Xeliserin daxili hissəsində hörümcək zəhərini xaric eden kanal vardır. Bu kanal ikinci buğumun uc hissəsindən xaricə açılır. Zəhər ifraz edən vəzilər bir cüt olub, nisbətən iridir və xeliserin əsasında yerləşmişdir. Vəzilər əzələlərnən təchiz olunmuşdur. Bu əzələlər yığıldıqda zəhər kanala, ordandan da sikarın bədəninə daxil olur. Hörümcək xeliseri vasitəsilə şikarını öldürür və həmçinin düşməndən müdafiə olunur. Baş-döş hissəsinin ikinci orqanı pedipalplardır. Pedipalpların üzəri tükcüklərlə örtülmüşdür, uc hissəsində tək caynağı vardır və ilk baxışda ayağa oxşayır. Onlar hərəkətə xidmət edir , hissetmə orqanı funksiyası yerinə yetirir. Qarıncıq hissə nisbətən iridir və üzərində xaçşəkilli naxış vardır. Bu xüsusiyətinə görə də onlara xaçlı hörümçək adı verilmişdir. Qarıncığin üzəri elastiki kitikula qatı ilə örtülmüşdür. Qarıncıqda olan bəzi üzvlər isə ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Hörümçəkdə olan ağciyər və tor ziyili belə özvlərdəndir[2].
Daxili quruluşu
redaktəXaçlı hörümçəyin daxili quruluşu həzm, tənəffüs, qan-damar, izrazat, sinir, cinsi sistemlərdən ibarətdir.
Həzm sistemi
redaktəHəzm sistemi üç əsas hissədən ön, orta və arxa bağırsaqdan ibarətdir. Ön bağırsaq ağız dəliyi ilə başlanir. Ağız dəliyi udlağa, udlaq nazik qida borusuna, o da mədəyə açılır. Mədə sorucu tipdədir və onun divarı dörd kutikulyar lövhələrdən əmələ gəlmişdir. Bu lövhələr möhkəm əzələlərlə təchiz olunmuşdur. Odur ki, hörümçəyin mədəsi şikarının daxili möhtəviyyatını sormağa uyğunlaşmışdır. Udlaq, qida borusu və sorucu mədə bağırsağın ön hissəsini təşkil edərək ektoderma qatından əmələ gəlmişdir və daxili hissədən xitin örtüyə malikdir. Ağız dəliyinə yaxın udlaqa bir cüt ağız suyu vəzinin axarları açılır. Vəzlər pedipalpların esasında yerləşmişdir. Vəzilərin ifraz etdiyi şirə zülalı parçalamaq qabiliyyətinə malikdir. Hörümçək qidalanarkən xeliseri vasitəsilə şirəni xeliseri vasitəsilə şirəni şikarın daxilinə keçirir. Şirə daxili orqanları, toxumaları həll etdikdən sonra hörümçək onu soraraq qidalanır. Odur ki, xaçlı hörümçəkdə qidanın həzmi bağırsaqdan kənarda baş verir. Orta bağırsaq baş-döş hissədə 5 cüt vəzili kor çıxıntıya malikdir. Onlardan 4 cütü qarın tərəfə əyilərək buraya yaxşı inkişaf etmiş qaraciyər vəzinin axarları açılır.Qaraciyər orta bağırsaqın əmələ gətirdiyi boruşəkilli orqandır. O həzm fermentləri ifraz etmək, qidalı maddələri həzm etmək və sormaq qabiliyyətinə malikdir. Qaraciyər hüceyrələrində, həmçinin hüceyrədaxili həzm də baş verir. Orta bağırsaqda olan çıxıntılar bağırsağın səthini genişləndirir və sorulma prosesi daha yaxşı gedir. Orta bağırsaqdan sonra qısa dal bağırsaq yerləşmişdir. Dal bağırsaq genişlənərək rektal kisəsi və ya kloka adlanan genişlənməni əmələ gətirir. Dal bağırsaq anusla nəhayətlənir. Orta və dal sərhəddinə boruşəkilli Malpigi boruları açılır[2].
Tənəffüs sistemi
redaktəAğciyər və traxeya vasitəsilədir. Ağciyər yarpaqşəkilli olub, bir cütdür və qarının əsasənda yerləşmişdir. Onun stiqma adlanan iki yarığı vardır. Stiqma ağciyər boşluğuna açılır. Ağciyər boşluğunun divarı yelpikşəkilli kitikulyar cibciklə təhciz olunmuşdur. Traxeya sistemi şaxələnmiş iki borudan ibarətdir. Traxeya boruları tor ziyilinin ön hissəsində yerləşən yarıqla başlayır. Traxeya sistemi nisbətən zəif inkişaf etmişdir. Hörümçək atmosfer havası ilə tənəffüs edir.
Qan-damar sistemi
redaktəQan-damar sistemi açıqdır. Qan damarı xüsusi divara malikdir. Nəbizli olan bel qan damarı ürək adlanır və bədənin qarancıq hissəsində yerləşmişdir.Ürək boruşəkillidir və borunun divarında həlqəvi əzələr vardır. Ürək qapaqla təhciz olunmuş üç cüt dəliyə malikdir. Ürəkdən önə doğru ön, dal tərəfə doğru dal aorta damarı çıxır. Aorta da öz növbəsində şaxələnərək bir neçə arteriya damarına ayrılır.Arteriyalardan qan launklara tökülərək daxili orqanlardan keçir ağciyərətrafı sinusa gəlir. Qan burada oksidləşir və perikardial sinusa gəlir ki, buradan da ostiy vasitəsilə ürəyə daxil olur[2].
İfrazat
redaktəÖzünəməxsus quruluşu olub, ifrazat funksiyasını Malpigi boruları, koksal vəziləri, nefrosit və quanosit adlanan xüsusi hüceyrələr yerinə yetirir.
Malpigi boruları
redaktəMalpigi boruları entodermal mənşəlidir. Quruluşuna görə boruşəkilli olub, 4 şaxədən ibarətdir və kor qurtaracaqla nəhayətlənir. Malpigi borularının səciyyəvi xüsusiyyəti odur ki, onların orqanizimdən xaric etdikləri ifrazat məhsullraı maye şəklində olmayıb, demək olar ki, quru kristal şəklindədir[2].
Koksal vəzi
redaktəKoksal vəzi mezodermal mənşəli olub, cütdür, kissəşəkillidir və baş döş buğumunda — birinci cüt ayaqların arasında yerləşmişdir. Koksal vəzi cavan yaşlarda daha yaxşı inkişaf etmiş olur.
Nefrosit və quanosit
redaktəNefrosit və quanosit hüceyrələri bədən boşluğunda yerləşir və iftazat məsullarının xaric olunmasında iştirak edirlər.
Sinir sistemi
redaktəSinir sistemi yaxşı inkişaf etmişdir. Baş-döş hissədə sinir düyünləri birləşərək mərkəzi sinir sistemi adlanan sinir kütləsi əmələ gətirir. Bunların əsasını udlaqaltı və udlaqüstü sinir düyünləri təşkil edir. Udlaqüstü sinir düyünü beyin adlanır və ondan gözlərə, xelisere sinir gəlir. Udalaqaltı sinir düyünündən 5 cüt sinirlər uzanır. Bu sinirlərin bir cütü çənə ayaqlarını, dörd cütü isə ayaqları sinirləndirir. Hörümçəyin hissü orqanlarının əsasını göz və toxuma hiss orqanları təşkil edir. Gözlər sadə tipdə olub, 8 ədədir və başda iki cərgədə düzülmüşdür. Toxuma hiss orqanları sinir hüceyrələri ilə sıx əlaqəli olub, çoxlu miqdarda qil və tükcüklərdən ibarətdir. Hörümçəkdə həmçinin iybilmə və dadbilmə orqanları vardır. Hörümçəkdə zəhər vəzi də vardır. Zəhər vəzi baş-döş hissədə xeliserinn əsasında yerləşir, kifayət qədər iridir və əzələlərlə təhciz olunmuşdur. Hörümçək şikarına hücum ederkən əzələlər yığılır və zəhər xeliserin axrına daxil olur[2].
Cinsi orqanlar sistemi
redaktəQurluşuna görə xaçlı hörümçək ayrı cinslidir. Erkək və dişi fərdlərdə cinsi dəlik qarıncığın əsasında, ağciyər stiqmalarının əsasında yerləşmişdir. Dişilərin cinsi dəyinin ön hissəsində epiqin adlanan cinsi şişkinlik vardır. Bu şişkinliyin əsasında isə cüt toxumqəbuledici yerləşmişdir. Erkək fərdlərdə toxumluq cüt olub, qarın hissə yerləşmişdir. Hörümçəyin yumurtasında kifayət qədər sarılıq vardır. Yumurtalar baramada olur. Yumurtadan çıxan hörümçək çox kiçik olur və sərbəst qidalana bilmir. Dişi fərdləri tor hörmək qabiliyyətinə malik olub, erkekləri tor toxumurlar. Tor hörmək şikarını tutmaqa xidmət edir. Dişi fərd tor hördükdən sonra ayağında siqnal sap olmaqla gizlənir və şikarının tora düşməsini gözləyir.erkək fərd adətən dişinin toxuduğu torin yanında olur[2].
Tor toxuma aparatı
redaktəHörümçəkdə tor toxuma aparatı mürəkkəb quruluşa malik olub, üç cüt tor ziyilindən və tor vəzilərindən ibarətdir. Tor ziyilləri qarıncıq ayaqlarının şəkildəyişməsindən əmələ gəlmişdir. Ziyilin ucunda tor boruları adlanan çoxlu miqdarda borular vardır. Bu borular vasitəsilə torun şirəsi axır. Boruların sayı 500 və daha coç ola bilər. Tor vəzilər qarın boşluğunda yerləşir və yaxşı inkişaf etmişdir. Vəzlər çoxlu miqdardadır və onların axarları tor borularına açılır. Hörümçəklərdə tor vəziləri müxtəlif olub boruşəkilli, ampulaşəkilli, armudşəkili, ağacşəkili və s. formada olur. Tor vəziləri hörümçəyin görəcəyi işlərin xarakterindən asılı olaraq şirə ifraz edir. Belə ki, boruşəkilli vəz yumurta baraması üçün, armudşəkilli vəz isə tor toxumaq üçün şirə ifraz etməyə uyğunlaşmışdır.tor vəzilərin ifraz etdiyi şirə xarici mühitdə tez quruyur və incə sapa çevrilir. Tor vəziləri ancaq dişi fərdlərdə olur[2].