Xez Paltolu Madonna - Wikipedia
Xəz Paltolu Madonna — Səbahəddin Əlinin 1943-ci ildə nümayiş etdirdiyi bir romanıdır. İlk olaraq Həqiqət qəzetində 18 dekabr 1940-8 fevral 1941 (çıxmadığı günlər: 8-10,14,15 yanvar 1941) tarixində "Böyük Hekayə" başlığı altında 48 bölüm olaraq nəşr olunmuşdur. Səbahəddin Əli, Xəz paltolu Madonna əsərini ikinci dəfə əsgərlik etdiyi Böyükdərədə çadırda yazmışdı və elə həmin gün əsəri qəzetə təqdim etməyə çalışmış, romanı yazdığı günlərdə atdan düşüb sağ qol biləyindən xəsarət aldıqdan sonra, qolunu şüşədə isidilən suya qoyub yazmağa davam etmişdir.[1][2]
Xəz paltolu Madonna | |
---|---|
türk. Kürk Mantolu Madonna | |
Müəllif | Səbahəddin Əli |
Janr | seriallaşdırılmış bədii ədəbiyyat[d] |
Orijinalın dili | türk. |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1943 |
Mövzusu
redaktəRomanın baş qəhrəmanları Mariya Puder və Raif bəydir. Raif bəy özünə qapanmış, melanxolik, səssiz və xarici dünyaya uyğunlaşa bilməyən bir xarakterdir. Həyatı boyunca bir çox çətinliklərə boyun əymiş, haqsızlığa məruz qaldıqda belə buna qarşı çıxmamışdır. Sevmədiyi bir qadınla ailə həyatı qurmuş, bir ailəyə sahiblənmişdir. Öz həyatına özü istiqamət verə bilməmiş, başqalarının istədiyi bir insan olaraq həyatını davam etdirmişdir. Həyatında həqiqətən yaşadığını hiss etdiyi yalnız bir xatirəsi olmuşdur və bunu gündəliyinə qeyd etmişdir.
Xarakterlərin xüsusiyyətləri
redaktə- Raif bəy: Əsas obrazdır. Raif bəy romanın daxilində öz aləmində, səssiz, sakit, əxlaqlı və çətinliyə məruz qaldığı zamanlarda bunu başqalarına bildirməyən bir insandır. Ancaq bu səssizliyin arxasında bir qadına qarşı olan sevgi hissləri dayanır.
- Mariya Puder:Raif bəy Mariyanın, yəni Xəz paltolu Madonnanı ehtiraslı bir eşqlə sevir və bütün həyatında yalnız onunla olduğu zaman müddətində ruhən yaşamışdır. Mariya Puder, Berlindəki Atlantika adında bir barda mahnı söyləyir. Orada çalışdığı illər ərzində kişilər haqqında əldə etdiyi məlumat və təcrübələrə əsaslanaraq hamısının etibarsız olduğu qərarına gəlmişdir. Özünü nə qədər məcbur etsə heç kimi istəmədən sevməyi bacarmır. Heç kimlə çox yaxınlaşmaqdan xoşu gəlmirdi. Raif bəyinona aşiq olduğuna inanması və hisslərinə cavab verməsi olduqca uzun zaman almışdır. Həm Raif bəy, həm də Mariya Puder illərdir axtardıqları adamı tapdıqlarını düşünmüşlər və eşqə inanmayan başlamışlar.
- Hadisələri şərh edən: Raif bəyin iş yoldaşı. Raif bəyin sirrini açmağa çalışan obraz. Öz şəxsi keyfiyyətləri ilə Raif bəyə bənzər birisi.
Əsərin əsas ideyası
redaktəSəbahəddin Əli "Dünyanın ən sadə, ən yazıq, hətta ən axmaq adamı belə, insanı heyrətdən heyrətə salacaq nə müdhiş və qarışıq bir ruha malikdir! ... Nə üçün bunu anlamaqdan bu qədər qaçır və insan adlandırdıqları bu məxluqu başa düşməyi və haqqında hökm verməyi ən asan şeylərdən biri zənn edirik? "sözləriylə açıqlamışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sabahattin Ali'nin yaşamı ve yapıtlarına genel bakış" Arxivləşdirilib 2016-06-04 at the Wayback Machine. Çukurova Üniversitesi Türkoloji Araştırmaları Merkezi. Erişim tarihi: 26 Mayıs 2016.
- ↑ Kürk Mantolu’yu neden çok sevdik? Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine, Radikal, Erişim tarihi: 31 Mayıs 2016