Xelifeliler - Wikipedia
Xəlifəlilər (tam adı:Xəlifəli soyu) — VIII-ci əsrdə Xəlifə Qiyas[1] indi ki Azərbaycan Respublikasının cənub ərazisində əsasən Yardımlı rayonunun Perimbel kəndində məskunlaşmış, nəsili günümüzə qədər davam etməkdə olan Azərbaycan xalqının tanınmış soylarından biridir. Soyun nümayəndələri 14 əsrdir Perimbel kəndində yaşamağa davam edir, dəfələrlə kənd yandırılmış, dağıdılmış, əhali köçürülmüş olsa da hər dəfəsində yenidən kəndə qayıtmışlar Xəlifə Qiyas və qardaşı Xəlifə Kamal[2] ziyarətgahını bərpa etmişdir. Hazırda kəndin əksəriyyəti bu soydan 4 tayfanın davamçısıdır.
azərb. Xəlifəli soyu | |
---|---|
| |
| |
Şüar | بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا |
Titul | Seyid, Xəlifə |
Əcdadı | Bəni Haşim |
Budaqları | Şavruq tayfası, Ağaməmməd tayfası, Məmməd Rəhim tayfası, Xəlifə Məmməd Tayfası. |
Dövr | VIII əsr → davam edir |
Mənşəyi | Məkkə, Ərəbistan |
Təbəəliyi |
Ərəb xilafəti Böyük Səlcuq imperiyası Eldənizlər Elxanilər dövləti Teymurilər dövləti Qaraqoyunlular Ağqoyunlular Səfəvilər Əfşar imperiyası Talış xanlığı Rusiya imperiyası → Lənkəran qəzası SSRİ Azərbaycan SSR → Azərbaycan |
Torpaqları | Perimbel (Pirin Beli) |
Mülki fəaliyyəti | Qazı, Müəllim, Alim, Yazıçı |
Dini fəaliyyəti | Ruhani, Molla, Axund |
Soyun yaranması tarixi
redaktəŞiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas (ərəb. Ğiyasəddin) 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal (ərəb. Kamaləddin)[3] ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili, 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 Tayfadan davam etməkdədir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- “Pirin qənşəri”, “Pirin məkanı mənasında” – “Pirin beli” mənasındadı. Qardaşlardan Kamal(ərb:Kamaləddin) gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Xalifə Qiyas ömrünü Perimbel kəndində başa vurmuş, məzarı Pir kimi fəaliyyət göstərməkdədir. Günümüzdə Perimbel kəndinin əksər hissəsi Xəlifə Ğiyasın 4 oğlunun nəslinin nümayədələrindən ibarət olmaqdadır. Yaxın tarixə baxsaq son 2 əsrdə Çar Rusiyası və Rus imperiyası tərəfindən Perimbel kəndi 4[4] dəfə dağıdılıb, evlər yandırılıb, əhalisi represiya qurbanına çevrilib, hər dəfə müəyyən illərdən sonra öz əhalisi tərəfindən bərpa etmişdir.
Soyun yayılma cografiyası
redaktəÖlkələr : Azərbaycan, BƏƏ, İran, Səudiyyə Ərəbistanı, Rusiya, İordaniya, Türkiyə, Gürcüstan.
: Bakı, Perimbel, Babalı, Cerimbel, Yardımlı, Biləsuvar, Göygöl, Ucar.
Soyadlar : Abbasov, Ağayev, Həşimov, Sultanov, Fətiyev, Həsənov, Əliyev, Xurşidov
Tədqiqatçılar oykonimi VII əsr və VIII-ci əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından birinin adı ilə və ya pirembel tayfasının babalı tirəsinin adı ilə bağlayırlar. Etnotoponimdir.[5]
Atributlar
redaktəKökü Bəni Haşim sülaləsinə söykənən Xəlifəlilər (Xəlifə Qiyasdan törəyən nəsil adı) soyunun rəmzi bayrağı və gerbinin təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi vardır. Elvin Abbasovun illərdir yürütdüyü tədqiqatlar nəticəsində bir çox arxiv sənədlərinə baxılmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Gürcüstan Milli Arxivi, Sankt-Peterburqun Mərkəzi Dövlət Tarix Arxivi, İranın bir neçə seyidşünas dəftərxanaları, Osmanlı arxivləri araşdırılmışdır. Soyun tanınmış və yaşlı nümayəndələri ilə məşvərət edilmişdir.
Bayraq
redaktəXəlifə Qiyas soyuna tərtif edilmiş Bayraq
- Rənglər : Yaşıl, Ağ
- Atrebutların sayı : 14
- Rəmzlər : 1 günəş, 1 ay, 12 ulduz.
- Vizual Təsvir : İslamın rəngi olan Yaşıl fondan istifadə edilib, ortada Günəş və ay, günəş üstdə, ay altda olmaqla ətrafında dairə formasında 12 ulduz.
- Atrebutların təmsili : Günəş - İslam Peygəmbəri, Ay - Hz Fatiməni, Ulduzlar -12 imamları təmsil edir.
Gerb
redaktəXəlifə Qiyas soyuna tərtif edilmiş Gerb
Xəlifə Qiyasın oğulları
redaktə- Şahruq ibn Qiyas
- Ağa Məhəmməd ibn Qiyas
- Məhəmməd Rahim ibn Qiyas
- Xəlifə Məhəmməd ibn Qiyas
Xəlifə Qiyasın soyu, dörd oğlundan dörd tayfa olaraq bir çox soyad ilə Azərbaycan, Rusiya İran, Türkiyə və daha bir çox ölkədə 50 min-dən çox nümayəndəsi yaşamaqdadır.
Xəlifə Qiyasın Şəcərəsi
redaktə- Hz Məhəmməd İslam peyğəmbəri
- Hz Fatimə binti Məhəmməd
- Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı
- Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı
- Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı
- Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin[6][7]
- Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər[8]
- Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc[9][10]
- Übəydullah Sani ibn Əliyül Abid
- Saleh ibn Übəydullah Sani
- Ğiysəddin (az:Xəlifə Qiyas) ibn Saleh
- Şahruq ibn Ğiysəddin (az:Xəlifə Qiyas)[11]
- Əlvənd
- Kamal
- Əlvənd
- Şahruq
- Saleh
- Yarməmməd
Bəni Haşim Həşim ibn Əbdülmanaf | |||||||||||||||||||||||||||||||||||||||||||
Əbdülmütəllib ibn Haşim | |||||||||||||||||||||||||||||||||||||||||||
Abdullah ibn Əbdülmütəllib | Əbu Talib ibn Əbdülmütəllib | ||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Məhəmməd | |||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Fatimə | Hz. Əli | ||||||||||||||||||||||||||||||||||||||||||
Hz. Həsən | Hz. Hüseyn | ||||||||||||||||||||||||||||||||||||||||||
Əli əl-Əkbər | Zeynülabidin | Əli Əsğər | |||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd əl-Baqir | Zeyd ibn Əli | Əl Hüseynul Əsğər | |||||||||||||||||||||||||||||||||||||||||
Əli | Süleyman | Übeydullah Ərə | Həsən Muhədis | Abdullah | |||||||||||||||||||||||||||||||||||||||
Əbu Ya Əli Həmzə | Məhəmməd Cavani | Əliyül Abid | Cəfər Höcəd | ||||||||||||||||||||||||||||||||||||||||
Übüydullah Sani | İbrahim | ||||||||||||||||||||||||||||||||||||||||||
Saleh | |||||||||||||||||||||||||||||||||||||||||||
Ğiysəddin (Xəlifə Qiyas) | Kamaləddin (Xəlifə Kamal) | ||||||||||||||||||||||||||||||||||||||||||
Şahruq | Ağa Məhəmməd | Məhəmməd Rahim | Xəlifə Məhəmməd | ||||||||||||||||||||||||||||||||||||||||
Əlvənd | |||||||||||||||||||||||||||||||||||||||||||
Kamal | |||||||||||||||||||||||||||||||||||||||||||
Əlvənd | |||||||||||||||||||||||||||||||||||||||||||
Şavruq | |||||||||||||||||||||||||||||||||||||||||||
Saleh | |||||||||||||||||||||||||||||||||||||||||||
Yarməmməd | |||||||||||||||||||||||||||||||||||||||||||
-
Xəlifə Qiyas soyuna aid şəcərə
-
Xəlifə Qiyas soyuna aid şəcərə
-
Xəlifə Qiyas soyuna aid şəcərə
Soya mənsub ziyartgahlar
redaktə- Xəlifə Qiyas ziyarətgahı - Yardımlı Rayonu, Perimbel kəndi.[12]
- Xəlifə Kamal ziyarətgahı - Yardımlı Rayonu, Perimbel kəndi.[13]
- Mir Sultan ağa ziyarətgahı - Biləsuvar Rayonunda,[14][15][16]
-
Xəlifə Qiyas ziyarətgahı
-
Xəlifə Kamal ziyarətgahı
Soyun məşhur nümayəndələri
redaktə- Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
- Mircəfər Həsənov — Pedaqogika üzrə fəlsəfə doktoru, professor
- Əzəm Ağayev — Tibb Universitetinin Professoru[17]
- Anar Ağayev Əzəm oğlu — Həkim Professor[18]
- Mirkamil Əliyev — Professor
- Mirşahin Ağayev
- Mirəşrəf Fətiyev[19]
- Elvin Abbasov
Mənbə
redaktə- İmam Səccad (İmam Zeynul-Abidin (ə))
- Azərbaycanın əsrarəngiz gözəl təbiətli rayonu: Yardımlı
- Facebook Yardımlı Perimbel kəndi
- Yardımlı
- Xəlifəlilər → "Xəlifə Qiyas" soyunun tədqiqatçısı Elvin Abbasov[20]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Elbəyi CƏLALOĞLU — ƏVƏN YERİ Arxivləşdirilib 2022-11-12 at the Wayback Machine, Bakı, 2020
- ↑ Elmi-ədəbi toplu — DƏDƏ QORQUD Arxivləşdirilib 2022-11-11 at the Wayback Machine, Bakı, 2014
- ↑ MƏQALƏLƏR TOPLUSU — AZƏRBAYCAN VƏ ƏHLİ-BEYT İRSİ Arxivləşdirilib 2022-11-12 at the Wayback Machine, Bakı, 2014
- ↑ "ARDIMLI VƏ DEPORTASİYA SİYASƏTİ". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "الحسين الأصغر ابن الإمام زين العابدين (ع)". 2022-11-07 tarixində arxivləşdirilib.
- ↑ "ذريه و نسل امام حسين (ع) در امام سجاد (ع)".
- ↑ "سید محسن اعرجی". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
- ↑ "سادات-حسینی".[ölü keçid]
- ↑ "علی صالح". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
- ↑ "استان اردبیل شهرستان مغان (گرمی) روستای تولون". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- ↑ "XELIFE MIR QIYAS AQA ZIARETGAHI". 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-20.
- ↑ "XELIFE MIR KAMAL AQA ZIARETGAHI-زيارتگاه خليفه ميركمال آقا در". 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
- ↑ "Bugün Hacı Mirsultan Ağanın Məkkə şəhərində haqqa qovuşduğu gündən 26 il keçir". 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
- ↑ "Biləsuvar rayonunda "Azərbaycanda millətlərarası, multikulturalizm və dini məsələlər" mövsunda tədbir keçirildi". 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-12.
- ↑ "Bu gün Hacı Mirsultan ağanın haqqa qovuşduğu gündür". 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
- ↑ "İctimai sağlamlıq və səhiyyənin təşkili". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
- ↑ "İctimai sağlamlıq və səhiyyənin təşkili".[ölü keçid]
- ↑ "Vətən oğlu..." 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- ↑ "Tədqiqatçı Elvin Abbasovun "Perimbel" kitab layihəsi üçün yeni araşdırma təqdim edilib". 2022-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.