Xelefbeyovlar - Wikipedia
Xələfbəyovlar - Haqqında Məlumat
Xələfbəyovlar — Azərbaycanın soylarından biri.
Xələfbəyovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Xələf bəy Qarabaği |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
redaktəBu soyun ulu babası Xələf bəydir. Xələf bəy XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. İbrahimxəlil xan Cavanşirin və onun oğlu Mehdiqulu xan Cavanşirin naziri olmuşdu. Nazir xəzinədarlıq vəzifələrini yerinə yetirirdi. Xanlığın xəzinələrinin məsrəfinə, əmlakın düzgün xərclənməsinə nəzarət edirdi.
Xələf bəy mülkədar idi. Şuşa şəhərində rəiyyətin, xeyli əmlakın, Vərəndə mahalının Heşan, İsfəhancıq kəndlərində rəiyyətin, torpaqların yiyəsi sayılırdı.
Xələf bəyin törəmələri rus üsul idarəsi dövründə Xələfbəyov soyadını daşıyırdılar.
Soyun tanınmış nümayəndələri
redaktə- Rafiq Xələfov — nazir, əməkdar mühəndis.
- Fəxriyyə Xələfova — modelyer, əməkdar incəsənət xadimi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Xələfbəyovlar: Xələfdən sələfə. "Soy" dərgisi, 11 (31), Bakı, 2009.