Xelef Bey Yaglevendli Cavansir - Wikipedia
Xələf bəy Yağləvəndli-Cavanşir (1791–1835) — Qarabağ bəyi, Mehdiqulu xan Cavanşirin sarayında keşikçibaşı.
Xələf bəy Yağləvəndli-Cavanşir | |
---|---|
Xələf bəy Şirin kələntər oğlu Yağləvəndli-Cavanşir | |
| |
Doğum tarixi | |
Doğum yeri | Yağləvənd obası, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Dəfn yeri | Yağlıvənd |
Həyat yoldaşı | Şəhribanu xanım Nurməhəmməd qızı |
Uşaqları |
|
Atası | Şirin kələntər Yağləvəndli-Cavanşir |
Həyatı
redaktəXələf bəy Şirin Kələntər oğlu 1791-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Atasının kələntərliyi dönəmində mahal mirzəsi olmuşdu. Atasının vəfatından sonra (1812) Yağləvənd obasının kədxudası vəzifəsində çalışmışdı. 1817-ci ildə Mehdiqulu xan Cavanşirin keşikçibaşısı təyin olunmuşdu.
Xələf bəy 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. Abbas mirzə Qovanlı-Qacar Xələf bəyi qohum-əqrabası ilə birlikdə Qaradağ vilayətinin Kərmədüz mahalında yerləşdirmişdi. Hazırda həmin mahalın ərazisində Xələfbəyli adlı qışlaq var.
Xələf bəy Pirqulu xan Şambayatı-Qacarın oğlu Məhəmmədbağır xanla savaşmış, ailəsi ilə birlikdə Arazı adlayıb Qarabağa, doğma yurduna qayıtmışdı.
Xələf bəy İrana qaçdığına görə, bəylərə verilən hüquq və imtiyazlardan məhrum olunmuş, ailəsi vergi ödəyənlər siyahısına aid edilmişdi.
Xələf bəy Cavanşir 1835-ci ildə vəfat edib.
Ailəsi
redaktəXələf bəy Şəhribanu xanım Nurməhəmməd qızı ilə ailə qurmuşdu.
Oğulları
redaktə- Nurməmməd ağa(1827–1893)
- Əziməmməd ağa (1829–1906) sonra Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir kimi tanındı.
- Abbasqulu ağa (1833–1851)
- Şirin ağa (1834–1916)
Xələf bəyin şəcərəsi
redaktə- Alı xan Yağləvəndli-Cavanşir, Hafiz, Oymaq başçısı
- Səfi xan Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- II Səfixan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Şirin kələntər Yağləvəndli-Cavanşir 1760–1812, Oymaq başçısı
- Xələf bəy 1791–1835
- Şirin kələntər Yağləvəndli-Cavanşir 1760–1812, Oymaq başçısı
- II Səfixan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Oymaq başçısı
- Səfi xan Yağləvəndli-Cavanşir, Oymaq başçısı
Xələf bəyin nəsli
redaktəXələf bəyin nəsli xələflilər adlanır.
- Xələf bəy (1791–1835)
- Məşədi Əzimməmməd ağa(1829–1906)
- Rzaqulu ağa (1861–1944)
- Mirzə Surxay (1891–1945)
- Çingiz (1924–1991)
- Mirzə Surxay (1891–1945)
- Rzaqulu ağa (1861–1944)
- Məşədi Əzimməmməd ağa(1829–1906)
Xələf bəylə bağlı rəvayətlər
redaktəXələf bəy Salvartı yaylağında yaylayırmış. Bir gün eşidir ki, oymaqdaşları Seyidxanuşağı onun qalağına hucum edib dana-davarını aparmaq istəyirlər. Tez atlanıb olay yerinə çapır. Bacısıoğlu Əmir Muradı da özü ilə götürür. Baxır ki, Seyidxanuşağı hay-harayla onun qoyunlarını bölürlər. Atın cilovunu Əmir Murada verib, daşlara sinə-sinə çapavulçulara yaxınlaşır. Qəflətən, daşın ardından çıxıb Seyidxanuşağını gülləyağmuruna tutur. Seyidxanuşağından yaralananlar yerdə qalır, sağlar qoyun-qəniməti töküb qaçır. Əmir Murad baxır ki, əmilərinin vəziyyəti fənadır. Neyləsin, neyləməsin, dayısı verdiyi tapança ilə atı öldürüb, qaçır. Xələf bəy Seyidxanuşağını qovub-qaçırandan sonra bacısıoğlunun yanına qayıdır. Baxır ki, Əmir Murad nə gəzir? Qaçmağı bir yana, hələ atını da öldürüb. Pay-piyada obaya dönür. Evə çatcaq soruşurlar ki, ay ağa, bu nə gündür, bu nə haldır, hanı Əmir Murad, hanı at? Xələf bəy hirsli-hirsli qayıdır ki, harda olacaq, cəhənnəmdə! Ipiqırıq Seyidin oğlundan nə gözləyirsiz? Mən əmiləriylə atışanda atımı vurub, aradan çıxıb. Tutsam gör o küçüyün başına nə oyun açajam. Ə, əmilərin yaxşı idilər səni aparıb saxlayaydılar, mənim üstümə niyə atırdılar. Ay nanəcib! Bayaqdan söhbətə qulaq asan Şəhribanu xanım dillənir:
-Əsl nəcib odur ki, atasına, babasına qarşı çıxmasın. Nəcib dayıdan yox, əmidən qahmar çıxar. Get uşağı gətir, çörəyinin vaxtı keçər, sarfası qarışar. Xələf bəy fikirləşir ki, arvadı doğru deyir. Durub yollanır Seyidxanuşağı çösküsünə. Ora Əmir Murad, bura Əmir Murad, baxır ki, uşaq ağzıüstə çəmənlikdə yatıb. Əmilərindən heç kim onu evinə aparmayıb. Yavaşca qaldırıb, üzündən öpüb, atının qucağına qoyub evə gətirir.
Kələntər hökuməti, gəllədar dövləti olan Xələf bəy rus-Iran savaşlarında əliboş qalmışdı. Obası da onunla qaçıb Qaradağda, Qarasu çayının yaxasında çöskülənmişdi. Bütün Havsalı tayfasının ağırlığı onun üstündəydi. Neyləyim-neceliyim sorğusunda qalmışdı. Çox da düşünüb-daşınmadan Yağləvəndin əski peşəsi oğurluğa əl qatmışdı. Bir gecədə axsaq canavar kimi yeddi abadan, yeddi xaraba gəzirdi. Aranla Arazbarı bir-birinə vurub əlinə keçəni ovlayıb, quşlayıb gətirərdi. Bir gecə də çox gəzib, dolandıqdan sonra gəlib çıxır bir abadanlığa. Baxır ki, bir alaçıqdan işıq gəlir. Işığı tutub yetişir ora. Ora-bura boylanıb mal qəhəlini tapır. Üstdəki doqqazı aşağı endirib içəri girir. Görür ki, mal sahibi düz qəhəlin ağzında yatıb. Yatanı rahatsız etməyib üstündən adlayır. Yaxşı bir subay inək seçib alır qucağına. Qəhəldən çıxanda inəyin dırnağı yiyəsinin üzünə toxunub yaralayır. Kişi "həh" eləyib ayılır. Qaralayır ki, budu bir azman adam onun gözəgəlimli inəyini qucaqlayıb aparır. Əli yerdən, göydən üzülən kişinin gücü ona çatır ki, arxadan: -Atanın goru çatlasın, Xələf ciyərli oğul!—deyir. Səsə dönən Xələf bəy qayıdır ki, kimsən, ayə, Yağləvəndsən? Kişi təsdiqləyir ki, bəs Yağləvənd obasından, Külədərli tayfasından Kərbəlayı Xanalıyam. Kim ola bu Kərbəlayı Xanalı? Xələf bəyin dost-doğmaca dayısı. Xələf bəy işi belə görüb deyir ki, dayı, dur doqqazın ağzından, inəyi buraxım. Yoxsa səni ayaqlayar. Kərbəlayı Xanalı tez qayıdır:
-Aslan ağzından av alınmaz, ağrın alım! Apar, halal xoşun olsun, dayı payıdı…
- * *
Xələf bəy 1835-ci ildə digər obabaşılar – Xanalı Aras oglu, Əmir Murad Seyid oglu, Qədir Vəli oglu və Rzaxan dağbaşı ilə bərabər Mirzə Camal bəy Məhəmmədxan bəy oglu Hacılını Ocaqlı-Sultan Murad torpağı ilə bağlı məhkəməyə vermişdilər. Məhkəmə Mirzə Camal bəyin xeyrinə həll olunmuşdu.
Mənbə
redaktə- ARDTA, fond 77, siyahı 1, saxlama vahidi 32. vər. 23b.
- M. İ. Əmrahov, Ə. Çingizoğlu, H. İ. Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
- Ənvər Çingizoğlu. Xələf bəy Yağləvənd-Cavanşir. "Soy" dərgisi, 1(3) 2004.