Xedice Aslan - Wikipedia
Xədicə Aslan (20 fevral 1962[1], Sivas) — Türkiyə aktrisası.
Xədicə Aslan | |
---|---|
türk. Hatice Aslan | |
Doğum tarixi | 20 fevral 1962[1] (62 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, televiziya aktrisası |
Fəaliyyət illəri | 1983-cü ildən |
Təhsili |
|
IMDb | ID1728214 |
Həyatı
redaktəHatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir.
1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb. 1986–1992-ci illər arasında İzmir dövlət teatrı heyətində çalışıb. Uşaq oyunları və musiqilərdə rol alıb, sonra yenidən Ankaraya qayıdıb. Bu dövrdə Ankarada çəkilən "Ferhunde xanımgil" serialında ailənin ortancıl qızı Nejlanı tam yeddi il canlandırdı.
Daha sonra İstanbul dövlət teatırına keçən aktrisa "Hürrəm Sultan" və "Xınalı qar" seriallarının ardından beş mövsüm Ən son Atalar eşidər (türk. En son babalar duyar) serialında oynayıb. Ankara, İzmir və İstanbul dövlət teatrlarında çox sayda oyunda rol alıb. 2000-ci ildə Ankaradan İstanbula köçüb. 2000-ci ildən bəri də İstanbul dövlət teatrında iştirak edir. İlk kino filmi olan Nuri Bilge Ceylanın rejissorluğu ilə "Üç meymun" ilə ölkə daxilində və ölkə xaricində müxtəlif festivallarda mükafatlar alıb.
İlk evliliyini teatr və dublyaj sənətçisi Hakkı Ergök ilə qurub, 20 il evli qaldıqdan sonra boşanıblar. Ekin Ergök (1984) adında bir oğlu var. İkinci dəfə rəssam Renan Kaleli ilə ailə qurub. 17 avqust 1999-cu ildə Mərmərə zəlzələsində bütün ailəsini itirən 23 yaşlı Ece Dizdar (1983) adlı mənəvi qızı var.
Mükafatları
redaktə- 2009–2-ci Yeşilçam mükafatları, "Ən yaxşı qadın oyunçu mükafatı" ("Üç meymun")
- 2009–41-ci SİYAD Türk künosu mükafatları, "Ən yaxşı qadın oyunçu mükafatı" ("Üç meymun")
- 2011–7-ci River Run Beynəlxalq Film festivalı, "Ən yaxşı qadın oyunçu mükafatı" ("Üç meymun")
- 2011–18-ci Qızıl Qoza film festivalı, "Ən yaxşı qadın oyunçu mükafatı" ("Bədən")
Teatr rolları
redaktə- "Immortals"
- "Qayğısız Abdal"
- "Kiçik kdam nə oldu sənə"
- "Karacaoğlan"
- "Müfəttiş"
- "Axmaq ərin hiyləgər arvadı"
- "Kişi yoldaş"
- "Əziznamə"
- "Paltarlıq xana"
Filmoqrafiya
redaktə- 2012 — "Bədən"
- 2010–2012 — "Lalə dövrü"
- 2010 — "Samanyolu"
- 2009 — "Eastern Plays" (yaz mövsümü)
- 2008 — "Üç meymun"
- 2008 — "Toy müğənnisi"
- 2007 — "Bayrampaşa: Mən çox qalmayacağam"
- 2003 — "Vəhşi Bənövşə"
- 2003 — "A. G. A"
- 2003 — "Hürrəm Sultan" (Mahidevran Sultan)
- 2002 — "Xınalı qar"
- 2002 — "En son babalar duyar"
- 1993 — "Ferhunde xanımgil"
- 1993 — "Dəli balta"
- 1992 — "Elifin yuxuları"
İstinadlar
redaktə Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |