Windows Terminal - Wikipedia
Windows Terminal — "Microsoft" tərəfindən "Windows 10" və daha sonrakı versiyalar üçün hazırlanmış, "Windows" Konsolunu əvəz edən çox vərəqəli terminal emulyatoru.[4][5] "Windows Terminal" hər hansı bir komanda sətri proqramını ayrı bir vərəqədə (tabda) çalışdıra bilər.[6][7] "cmd.exe", "PowerShell", WSL, SSH və "Azure Cloud Shell Connector"u çalışdırmaq üçün əvvəlcədən konfiqurasiya edilmişdir.[6][7] "Windows Terminal" öz renderinq backendi ilə gəlir. "Windows 11"də 1.11 versiyasından başlayaraq, komanda sətri proqramları köhnə Windows Konsolu əvəzinə bu daha yeni backenddən istifadə edilərək çalışdırıla bilər.[8]
Windows Terminal | |
---|---|
Tərtibatçı | Microsoft |
Repozitoriya | github.com/microsoft/ter… |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Windows 10 2004 və daha yuxarı[1], Windows 11 |
Yayımlanma tarixi | may 2019[3] |
Sonuncu versiya |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Windows 11 22H2" və "Windows Terminal 1.15" versiyasından etibarən "Windows Terminal" defolt proqram olaraq "Windows" Konsolu əvəz edir.[9][10]
Tarixi
redaktə"Windows Terminal" 2019-cu ilin may ayında "Microsoft"un "Build 2019" proqramçı konfransında[11] "Windows" Konsolu üçün müasir alternativ olaraq elan edildi[5] və "Windows Terminal"ın mənbə kodu ilk dəfə 3 may 2019-cu ildə "GitHub"da paylaşıldı.[12] İlk test versiyası 10 iyul 2019-cu ildə çıxan 0.2 idi.[13] Layihənin ilk stabil versiyası (versiya 1.0) 19 may 2020-ci ildə buraxıldı və "Microsoft Windows" bu zaman "Terminal Preview" kimi stabil versiya ilə birlikdə quraşdırıla bilən test versiyalarını buraxmağa başladı.[14]
Funksiyaları
redaktəTerminal komanda sətrinin frontendidir. O, çox vərəqəli pəncərədə mətn əsaslı örtüklər də daxil olmaqla, bir çox komanda sətri proqramlarını çalışdıra bilər. WSL, Command Prompt, "PowerShell" və "Bash" üçün hazır dəstəyi var.[6] O, lokal olaraq "Azure Cloud Shell"ə də qoşula bilər.[7]
Terminal aşağıdakılara dəstək verməklə mətn əsaslı komanda təcrübəsini artırır:
- Bir pəncərədə birdən çox nüsxəni saxlamaq üçün notbuk vərəqələri
- ANSI VT sequence dəstəyi
- UTF-8 və UTF-16 (CJK ideoqramları və emojilər daxil olmaqla)
- "DirectWrite" vasitəsilə cihaz tərəfindən sürətləndirilmiş mətn renderinqi
- Müasir şrift və şrift funksiyası dəstəyi (aşağıya bax)
- 24-bit rəng
- Pəncərə şəffaflığı effektləri
- Mövzular, fon şəkilləri və vərəqə rəngi parametrləri[15]
- Fərqli pəncərə rejimləri (məsələn tam ekran rejimi, fokus rejimi, həmişə üstdə rejimi)
- Bölünən pəncərələr
- Əmr palitrası[15]
- Siyahıya keçid dəstəyi[15]
- "Microsoft UI Automation" vasitəsilə "Microsoft Narrator" dəstəyi[16]
- Daxili hiperlinklər üçün dəstək[15]
- HTML və RTF formatında mətnin mübadilə buferinə köçürülməsi
- Siçan girişi
- Fərdiləşdirilə bilən düymələr
- Təkmilləşdirilmiş axtarış
Cascadia Code
redaktə"Cascadia Code" yeni komanda sətri interfeysi üçün Aron Bel tərəfindən məqsədyönlü şəkildə yaradılmış birenli şriftdir. Buraya proqramlaşdırma liqaturaları daxildir və "Windows Terminal"ın, terminal proqramlarının və "Visual Studio" və "Visual Studio Code" kimi mətn redaktorlarının görünüşünü yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur.[17] Şrift "SIL Open Font License" lisenziyası altında açıq mənbədir və "GitHub"da mövcuddur.[18] 0.5.2762.0 versiyasından etibarən "Windows Terminal"a əlavə olunub.[19]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2024-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-17.
- ↑ Windows Terminal v1.20.11271.0.
- ↑ Introducing Windows Terminal - Windows Command Line. 2019.
- ↑ Warren, Tom. "Microsoft unveils Windows Terminal, a new command line app for Windows". The Verge. May 6, 2019. June 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2023.
- ↑ 1 2 Cinnamon, Kayla. "Introducing Windows Terminal". Microsoft Corporation. May 6, 2019. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 20, 2020.
- ↑ 1 2 3 Bright, Peter. "Coming soon: Windows Terminal—finally a tabbed, emoji-capable Windows command-line". Ars Technica. May 6, 2019. March 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2023.
- ↑ 1 2 3 Bhojwani, Pankaj. "The Azure Cloud Shell Connector in Windows Terminal". Windows Command Line. Microsoft. August 2, 2019. September 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023 – DevBlogs vasitəsilə.
- ↑ "Windows Terminal v1.11.2921.0". Microsoft / terminal repo. Microsoft. October 20, 2021. December 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2023 – GitHub vasitəsilə.
- ↑ "Windows Terminal is now the Default in Windows 11". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
- ↑ "Command Prompt and Windows Powershell for Windows 11". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
- ↑ Warren, Tom. "Microsoft unveils Windows Terminal, a new command line app for Windows". The Verge. Vox Media. May 6, 2019. June 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 20, 2020.
- ↑ Howett, Dustin L. "v0.1.1002.0: Initial release of the Windows Terminal source code". microsoft / terminal repo. Microsoft. May 3, 2019. October 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023 – GitHub vasitəsilə.
- ↑ Howett, Dustin L. "Windows Terminal - Preview v0.2". microsoft / terminal repo. Microsoft. July 10, 2019. October 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023 – GitHub vasitəsilə.
- ↑ Howett, Dustin L. "Windows Terminal v1.0.1401.0". microsoft / terminal repo. Microsoft. May 19, 2020. July 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023 – GitHub vasitəsilə.
- ↑ 1 2 3 4 "Windows Terminal Preview 1.4 brings embedded hyperlinks support, version 1.3 generally available - Neowin". Neowin. September 23, 2020. May 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023.
- ↑ "Microsoft Issues Major Update to Windows Terminal – Thurrott.com". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ "Cascadia Code | Windows Command Line Tools For Developers". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ "GitHub - microsoft/cascadia-code". 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ "Release Windows Terminal Preview v0.5.2762.0 · microsoft/terminal · GitHub". GitHub Windows Terminal repository. October 4, 2019. July 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023.