Vyetnam Silahsizlasdirilmis Zonasi - Wikipedia
Vyetnam silahsızlaşdırılmış zonası (ing. Demilitarized Zone, qısaldılmış DMZ) — 1950–1970-ci illərdə Vyetnamı iki dövlətə bölən zona. Vyetnam müharibəsi zamanı bura fəal hərbi əməliyyatların aparıldığı yerə çevrilmişdir.
Tarixi
redaktə1954-cü ildə Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan Cenevrə razılaşmasına əsasən, Vyetnam müvəqqəti olaraq fərqli siyasi sistemə malik iki hissəyə bölünmüşdür. Ölkənin birləşməsi 1956-cı ildə keçirilən ümumi azad seçkilərdən sonra baş tutmalı idi.
Şimali və Cənubi Vyetnam 17-ci paralel boyunca hərbi qurğuların və ya hərbi hissələrin yerləşdirilməsinin qadağan edildiyi silahsızlaşdırılmış zona ilə bölünmüşdür. Bir neçə kilometr enində olan bu zona Vyetnamın bölünməsinin simvoluna çevrilən Benhay çayının hər iki sahilində Kuanqçi və Vinlin şəhərləri arasında uzanırdı.[1]
İstinadlar
redaktə- ↑ Дэвидсон Ф. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975]. 816.