Vrhbosna Arxiyeparxiyasi - Wikipedia
Vrhbosna arxiyeparxiyası (bosn. Vrhbosanska (Sarajevska) nadbiskupija, lat. Archidioecesis Vrhbosnensis o Seraiensis) — mərkəzi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yerləşən və Roma adətini saxlayan katolik arxiyeparxiya. Ölkənin yeganə arxiyeparxiyası olmaqdan savayı, Bosniyanın tarixən ən qədim və ən vacib katolik yeparxiyasıdır. Vrhbosna Sarayevo şəhərinin tarixi adıdır.
Tarixi
redaktəVrhbosnada yeparxiyası VII əsrdə qurulmuşdur, ehtimal olunur ki, erkən dövrdə Salonaya (Splitə) bağlı idi. XIII-XIV əsrlərdə Bosniya güclü slavyan krallığına çevrildiyi zaman (vaxtaşırı Macarıstandan asılı olurdu, vaxtaşırı müstəqil idi) Vrhbosna yeparxiyası öz əhəmiyyətini gücləndirdi. 15-ci əsrin ikinci yarısında Bosniya və Herseqovina Osmanlı İmperiyasının hakimiyyəti altına düşdü. Əhalinin kütləvi şəkildə islamlaşdırması başlandı, lakin yerli əhalinin bir hissəsi xristian olaraq qaldı. Türklərdən azad olunduqdan sonra, ölkə əhalisi üç etno-konfessiya qrupuna bölünmüşdür: müsəlman bosniyalılar, pravoslav serblər və katolik xorvatlar. 1879-cu il Avstriya siyahıyaalınmasına görə, əhalinin 42,88% pravoslav, 38,75% müsəlman və 18,08% katolik idi.
1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı.
1992-1995-ci illər Bosniya müharibəsi etno-konfessiya mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb oldu, xüsusən bosniya xorvatlarının müstəqil Xorvatiyaya kütləvi şəkildə köçməsi səbəbindən həm bütövlükdə ölkədə, həm də Vrhbosna arxiyeparxiyasında katoliklərin sayı kəskin azaldı. 1990-cı ildə Vrhbosna arxiyeparxiyasında katoliklərin sayı 527 min nəfəri ötürdü, hal hazırda təxminən 215 min nəfər var, bu da azalmanın yarıdan çox olduğunu nümayiş etdirir[1].
Münagişə zamanı arxiyeparxiyasının bir çox katolik kilsəsi dağılmış vəziyyətdə idilər, müharibədən sonra onların bərpası arxiyeparxiyanın əsas vəzifəsi idi.
Statistika
redaktə2004-cü ildəki vəziyyətə görə, arxiyeparxiyanın nəzdində 215.000 katolik (əhalinin 11%), 324 keşiş və 148 kilsə var idi[1]. Yeparxiyanın kafedral kilsəsi Sarayevoda yerləşən İsanın Qəlbi Katedralıdır. 1990-cı ildən bəri arxiyeparxiyaya kardinal Vinko Puliç rəhbərlik edir. Pero Sudar köməkçi yepiskopdur.
Vrhbosna mitropoliyasına Banya Luka Roma-Katolik, Mostar Duvno və qonşu Şimali Makedoniya Respublikasında yerləşən Skopye yeparxiyaları tabedilər.
İstinadlar
redaktə- ↑ 1 2 "catholic-hierarchy.org saytında arxiyepariyanın statistikası". 2010-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- «Archdiocese of Serajevo» //Catholic Encyclopedia (1913) (ing.)
- gcatholic.org saytında statistika
- catholic-hierarchy.org saytında yeparxiya statistikası