Voytsex Qerson - Wikipedia
Voytsex Qerson (pol. Wojciech Gerson; 1 iyul 1831[1][2][…], Varşava[3] – 25 fevral 1901[1][2][…], Varşava[3]) — polşalı rəssam-realist, yazıçı, pedaqoq.
Voytsex Qerson | |
---|---|
pol. Wojciech Gerson | |
Doğum tarixi | 1 iyul 1831[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1901[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, sənətşünas, illüstrasiyaçı[d], litoqraf, pedaqoq |
Təhsili |
|
Stil | romantizm |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəVoytsex Qerson Polşa üsyanı zamanı Varşavada anadan olmuşdur. 1844-cü ildə İncəsənət Məktəbinə daxil oldu və 1850-ci ildə fərqlənmə diplomu ilə məzun oldu. 1853-cü ildə Qerson Sankt-Peterburq İncəsənət Akademiyasında təqaüd alıb və iki il Aleksey Markovdan tarixi əsər öyrənir. Akademiyanı gümüş medal ilə bitirmiş və 1855-ci ildə Varşavaya dönmüşdür. 1856-cı ildə Parisə yola düşdü və Leon Konye ilə birgə təhsil almışdır. 1858-ci ildə rəssam Varşavaya qayıtdı və tədris fəaliyyəti ilə məğul oldu. İncəsənət professoru (1872–1896). Əsərlərinin əsas mövzusu dağ mənzərələri, şəhər eskizləri, tarixi rəsmlərdir.
Pedaqoji fəaliyyəti
redaktəVarşava Rəsm sinifində rəsm və rəssamlıq sənətini tədris edirdi. Magistr tələbələri arasında belə rəssamlar Yuzef Helmonski, Lüdviq Veselovskiy, Yan Leon Vıçulkovskiy, Boqdan Kleçinskiy, Stanislav Lents, Vladislav Podkovinskiy, Yuzef Pankeviç, Lüdomir Benedıktoviç, Vatslav Xodkovskiy, Eliqiuş Nevyadomskiy, Alfred Kovalskiy-Veruş, Leopold Pilixovskiy, Edvard Okun, Yan Stanislavskiy, Kazimir Alximoviç, Stanislav Baqenskiy, Anna Bilinskaya, Miloş Kotarbinskiy, Genrix Veysenqof, Vinsent Vodzinovskiy, Stefan Popovskiy, Stanislav Çaykovskiy və daha başqaları.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Wojciech Gerson // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Catalog of the German National Library (alm.).
Ədəbiyyat
redaktə- "Wojciech Gerson: (1831–1901)". Piotr Kopszak, Warszawa 2007. Serie: Ludzie, czasy, dzieła Band 44. — ISBN 978-83-7477-223-5
- Большая иллюстрированная энциклопедия Гутенберга (1934–1939).
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
Xarici keçidlər
redaktə- Биография в Nordisk familjebok, находящейся в общественном достоянии (isveç.)