Volfqanq Amadey Motsartin Heykeli Vyana - Wikipedia
Volfqanq Amadey Motsartın heykəli (Vyana) - 1953-cü ildən Avstriyanın Vyana şəhərindəki İnnere Ştadt (Daxili Şəhər) bölgəsindəki Burqqarten qəsəbəsində yerləşən bir abidədir. Bəstəkar Volfqanq Amadey Motsarta (1756–1791) həsr edilmişdir.
Volfqanq Amadeus Motsartın heykəli (Vyana) | |
---|---|
Mozart-Denkmal | |
| |
Ölkə | Avstriya |
Yerləşir | Vyana |
Heykəltaraşlar | Karl Köniq, Viktor Tilqner |
Material | Mərmər |
Vikianbarda əlaqəli mediafayllar |
7,5 metr hündürlüyündə olan bu heykəl, memar Karl Köniq (1841–1915) və heykəltaraş Viktor Tilqner (1844–1896) tərəfindən hazırlanmış və Albertinaplatz-da (Albertinaplatz Vyananın 1-ci rayonunda, Daxili Şəhərdə (İnnere Ştadt) yerləşir.) 21 aprel 1896-da açılış mərasimi keçirilib. Mərasim memar Tilqnerin ölümündən sonra keçirilib.
Təsviri
redaktəHeykəl Vinşqaudan, daha doğrusu Cənubi Tiroldan gətirilən Laas mərmərindən, təməl pillələri isə qaranlıq dioritdən hazırlanmışdır. Heykəldə musiqi stendi olan bəstəkar Motsart var. Ətrafı naxışlar, maskalar və çələnglər ilə bəzədilib və heykəəl Stertsinqdən gətirilən kobud mərmərdən hazırlanmış yarım dairəvi ballustrade içərisindədir. Ön tərəfdə bir relyef verilib və bu Motsartın "Don Covanni" operasının iki səhnəsinə aiddir. Luis Karmontellenin dizaynı əsasında heykəlin arxa tərəfində barelyef yerləşdirilib və burada altı yaşlı Motsartı atası Leopold və bacısı Nannerl ilə birlikdə musiqi ifa etmdiyi səhnə canlandırılıb.
-
Luis Karmontellenin abidənin arxa tərəfi üçün şablonu
-
Burqqartendəki abidə
-
Arxa tərəfdəki barelyef
Tarixi
redaktəHeykəlin açılışından 77 il əvvəl Motsart abidəsi üçün vəsait toplanmışdır. Lakin abidənin dizaynını və yerini seçmək problemli idi. Bir neçə təklifə görə abidə üçün yer təklifləri arasında Rathauspark, Ştadtpark və Albertinaplatz daxil edildi. Abidənin dizaynını seçmək üçün iki sənət müsabiqəsi təşkil edildi. Tilqnerin dizaynı peşəkar münsiflər heyətinin seçimində ikinci oldu, lakin Motsart Abidə Komitəsi tərəfindən Edmund fon Hellmerin layihəsi üzərində seçildi.
Abidə 1945-ci il martın 12-də Vyananın bombalanması nəticəsində zədələnmiş, bərpa olunmadan və 5 iyun 1953-cü ildə Burqqatendəki həqiqi yerində yerləşdirilmişdir. Bərpa zamanı abidəyə iki qum-əhəng kərpic sütunu əlavə edildi.
1992-ci ildə Vyana şəhəri abidənin bir nüsxəsini Tokio şəhərinə hədiyyə etdi.