Vodni Adasi - Wikipedia
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada.
Vodnı adası | |
---|---|
rus. Водный | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
46°28′36″ şm. e. 42°30′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Coğrafiyası
redaktəAda aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir.
Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı. Bu layihəni gerçəkləşdirmək məqsədi ilə 12 il tələb olunmuşdur. Nəticədə tarlaların hündür hissələri adaya çevrilmişdir. Onlar arasında ən böyüyü Vodnı olmuşdur. Digər fərziyyəyə görə ada 1954-cü ildə Proletarnoe su anbarından buraxılan su sayəsində meydana gəlmişdir[1].
Fauna
redaktəBelə bir rəvayət vardır ki, adada aşkarlanan at qalıqlarının hələ Batı xanın dövründən qalması fikiri irəli sürülür. Digər fərziyəyə görə isə atlar Qızmızı ordunun geri çəkilərkən götürə bilmədikləri atların qalıqları[2]. Ancaq bu fərziyələr bir fikir olaraq qalır.
Ancaq həqiqət bundadır ki, bu ərazi vaxtı ilə kolxoz təsərrüfatının ərazisi olmuşdur. Su gözlənilmədən qısa müddətə geniş ərazini basdığından onların köçürülməsi mümkünsüz olmuşdur.
1950-ci illərdə kolxoz adanı otlaq sahəsi kimi istifadə etməyi qərara alır[3]. Burada 5 min qoyun və onlarla at saxlanılırdı. Bir müddət göl tədricən şorlaşmağa başlayır. Bundan sonra isə kolxoz adadya artezian suyu çəkməyi qərara alır.
1980-ci illərdə ada otlaq əhəmiyyətini itirmişdir. Bu zaman adada yalnız atlar qalmışdı. Üstəlik adanın ətrafları qamış kolluqları ilə örtüldüyündən bərələrin sahilə yan alması çətinləşmişdir. Burada sanatoriya tikmək istəsələrdə bir nəticə əldə olunmamışdır[4].
İstinadlar
redaktə- ↑ "Vəhşi atlar adası". 2017-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Дикий остров свободы". 2018-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Остров мустангов: эволюция наоборот". 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Tənha dünya". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.