Vilm Hosenfild - Wikipedia
Vilm Hosenfild (2 may 1895[1] – 13 avqust 1952[2][3], Volqoqrad, SSRİ) — peşəsi müəllimlik olan və müharibənin sonuna qədər kapitan rütbəsinə yüksələn alman ordusu zabiti. İkinci dünya müharibəsi dövründə Nasist Almaniyasının işğalı altında olan Polşa yəhudilərindən bəzilərinin həyatını xilas etmişdir. Bunların arasında Polşa yəhudisi olan pianoçu və bəstəkar Vladislav Şpilman da var. Bu hadisələr Vladislav Şpilmana həsr olunmuş "Pianoçu" filmində öz əksini tapmışdır.
Vilm Hosenfild | |
---|---|
Wilhelm Adalbert Hosenfeld | |
Doğum tarixi | 2 may 1895[1] |
Vəfat tarixi | 13 avqust 1952[2][3] (57 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Üçüncü Reyx |
Fəaliyyəti | hərbi qulluqçu, müqavimət döyüşçüsü[d], müəllim, əsgər |
Fəaliyyət illəri |
1914–1917 (I Dünya Müharibəsi) 1939–1945 (II Dünya Müharibəsi) |
Partiyası | |
Mükafatları | Dəmir xaç ordeni, Dünya xalqları ədalətliləri, Polşa intibah ordeni |
Üzvlüyü | |
hosenfeld.dk |
Həyatı
redaktə2 may, 1895-ci ildə Makenseldə, mühafizəkar və dindar katolik, müəllim ailəsində dünyaya gəlmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinə qatılmış və 1917-ci ildə yaralanmışdı. Bunun nəticəsində ikinci dərəcəli Dəmir xaç ordeni ilə mükafatlandırılmışdı.
Hosenfild, 1939-cu ilin avqustunda Vermaxta təyin edilmişdi. Əvvəlcə Pabianisdə bir həbsxana düşərgəsinin tikintisi və idarəsi ilə məşğul olmuş, bir müddət sonra, 1939-cu ilin dekabr ayında Veqrova təyin edilmişdi. 1940-cı ilin iyul ayında Varşavaya təyin edilmiş və 17 yanvar 1945-ci ildə Sovet əsgərlərinə əsir düşənə qədər Varşavada xidmət etmişdir.
1935-ci ildən Nasional Sosialist Alman Fəhlə Partiyasına üzv olmağına baxmayaraq içində partiyaya və nasist ideologiyasına qarşı şübhələr artırdı. Bunun əsas səbəblərindən biri isə polyakların və yəhudilərin məruz qaldıqları işgəncələr, çəkdikləri əziyyətlər və onların acınacaqlı sonları idi. O və onun bir neçə zabit dostları həmvətənlərinin hərəkətlərinə görə utanır, yəhudilərə yazığı gəlir və imkan dairəsində onlara kömək etməyə çalışırdılar.
Vladislav Şpilmanın "Varşava gündəlikləri"ndən:
Bu dəfə mən cəsarətimi toplayıb ona sual verdim, sualım ağzımdan qəfil çıxdı:
— Siz almansınız? O qızardı və az qala ağlayaraq qışqırdı, sanki mən onun xətrinə dəydim: — Bəli, əfsuslar olsun ki, mən almanam. Polşada nələr baş verdiyini çox yaxşı bilirəm və mən xalqımın yerinə utanıram. |
Həbsi və ölümü
redaktəVilm, 1945-ci il, 17 yanvar tarixində Varşavanın 30 km yaxınlığında kiçik bir Polşa kəndi olan Blonedə SSRİ əsgərləri tərəfindən əsir götürülmüş və 25 illik həbs cəzasına məhkum edilmişdi.[4] 1946-cı ildə Qərbi Almaniyadakı həyat yoldaşına yazdığı məktubunda həyatlarını xilas etdiyi yəhudilərin adlarını qeyd etmiş və yoldaşından onlardan kömək istəməyini xahiş etmişdi. 1950-ci ildə Vladislav Şpilman ona kömək edən bu alman zabitinin adını öyrənir. Öz gündəliyində Vladislav Şpilman radiodan olan əməkdaşı Ziqmund Ledniskinin əsir saxlanıldığı yerdən Varşavaya qaytarılarkən müvəqqəti düşərgədə saxlanılan alman zabitləri ilə necə qarşılaşdığı yazır. Bu alman zabitlər arasında Vilm də vardı. Əsir düşdükdən sonra Polşa yəhudiləri onun lehinə şahidlik etsələr də məhkəmə buna inanmamışdı. Kapitan Vilm Hosenfild, böyük ehtimalla, işgəncə zamanı 13 avqust, 1952-ci ildə axşam saat 10:00-da, Stalinqrad yaxınlığındaki bir SSRİ əsir düşərgəsində dünyasını dəyişdi.
Mükafatlandırılması
redaktəŞpilmanın oğlu Anjey Şpilman Vilm Hosenfildinin Dünya xalqları ədalətliləri ordeni almağı üçün Yad Vaşemə müraciət etmişdir.[5] Şpilmanın ailəsi və minlərlə insan Hosenfildin müharibə dövründə göstərdiyi davranışlarına görə bu orden ilə mükafatlandırılmağını istəmişdilər.
2007-ci ilin oktyabrında Hosenfild ölümündən sonra Polşa prezidenti Lex Kaçinski tərəfindən Polşa xidmət nişanı (Polyakca: Krzyż Komandorski Orderu Odrodzenia Polski) ilə mükafatlandırılmışdı.[6]
16 fevral 2009-cu ildə Yad Vaşem, Kapitan Vilm Hosenfildi ölümündən sonra Dünya xalqları ədalətliləri ordeni ilə təltif edəcəyini açıqladı.[7] 19 iyun 2009-cu ildə İsrail diplomatları Berlində Hosenfildin oğlu Detlevi mükafata layiq gördülər.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Hosenfeld Wilhelm (1895 - 1952 ) // The Righteous Among the Nations Database (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #124276172 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Wilm Adalbert Hosenfeld // Find a Grave (ing.). 1996.
- ↑ Vogel, p. 968-69, back flap
- ↑ Szpilman, The Pianist, 1999. Page 222.
- ↑ "Dziennik". 13 oktyabr, 2007 tarixində arxivləşdirilib.
- ↑ "Wilhelm (Wilm) Hosenfeld - The Righteous Among The Nations". 21 aprel, 2016 tarixində arxivləşdirilib.
- ↑ "Nazi Officer Honoured For Saving 'The Pianist'". 2011-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.