Villa Petrolea - Wikipedia
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir.
Villa Petrolea | |
---|---|
Əsası qoyulub | 1884 |
Açılış tarixi | 25 aprel 2008 |
Mövzu | Tarixi muzey |
Ölkə | |
Yerləşir | Bakı |
Telefon | +99412-424-40-20 |
İş rejimi | 11:00 AM - 7:00 PM |
40°22′48″ şm. e. 49°53′39″ ş. u.HGYO | |
bakunobel.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar.[1][2][3] Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə[4][5] kəndində yerləşirdi.
Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir. 1884-cü ildə tikilmiş bu iqamətgah 1920-ci ildəki Milliləşdirməyə qədər Nobellərin mülkü olaraq qalırdı.[6]
Şirkətin işçiləri bir və ya iki mərtəbəli daş özüllü taxta kotteclərdə yaşayırdılar. Bütün kotteclər yamacdan başlayaraq dənizə doğru tikilmişdi. Məhz buna görə də hər kottecin pəncərəsi dəniz mənzərəsinə açılırdı. Qəsəbədəki ən böyük binanın aşağı mərtəbəsi ofis kimi fəaliyyət göstərirdi. Üst mərtəbədə isə klub, istirahət otağı və kitabxana yerləşirdi. Peterburqdan bağ üçün heykəllər, kitabxana üçün kitablar və rəsm əsərləri gətirilmişdir. Binalar Bizans üslubunda tikilmişdi. Otaqları isə azərbaycanlı və fars ustaların toxuduqları bahalı xalçalarla bəzəmişdilər. Zamanla burada istirahət üçün daha çox şərait yaradıldı: üzgüçülük hovuzu, tennis kortu, boulinq zalı tikildi. 1911-ci ildə isə bir neçə idman klubları da fəaliyyət göstərməyə başladı.[7]
Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya imperiya ərazisində yaşayan alman və avstro-macar mənşəli hər kəsi sürgün etdi və bu da "Villa Petrolea"-ya təsirsiz ötüşmədi. Qəsəbə 1919-cu ildə milliləşdirildi.[7]
Park
redaktəQəsəbənin ərazisində 10.5 hektarlıq parkı salmaq üçün bundan əvvəl Varşavada çoxlu park və bağ salmış təcrübəli bağban E. Bekle dəvət olunmuşdur. Burdakı torpaq neftlə çirkləndiyi üçün Lənkəran uyezdindən bura bərələrlə torpaq gətirməyə başladılar. İçməli su problemini isə ballast üçün Həştərxanda qum kisəsi əvəzinə Volqa çayının suyu ilə doldurulmuş tankerlər vasitəsi ilə həll etdilər.[4][8]
Əkilən bitkiləri subtropik bölgələrdən (Tiflis, Batum, Lənkəran) və Rusiyanın, Avropanın tingliklərindən müxtəlif növ ağaclar gətirilmişdi. Parkda cəmi 80.000-ə yaxın kol və ağac, o cümlədən meyvə ağacları da əkilmişdi.
Qəsəbənin tikinti strukturu yerləşdiyi yerin relyefinə uyğun Xəzər dənizinə meylli şəkildə planlaşdırılmışdır. Əsas küçələr Xəzərin akvatoriyasına yönəldilmişdir. Bu küçələr xüsusi dəniz görüntülü meydançalara aparırdı.
Şamil Fətullayevin 1978-ci ildəki iddiasına görə, eklektik ruhda roman motivləri ilə tikilmiş terraslı, balkonlu binaları özündə cəmləyən bu yaşayış kompleksinin baş planını hazırlayan memar naməlumdur. Onun fikrinə görə, bütün plan E. Beklenin iştirakı ilə naməlum memar tərəfindən işlənib hazırlanmışdır.[4]
Park, klub, kitabxana və işçilər üçün tikilmiş evlərə ümumilikdə 250.000 rubl xərc çəkilmişdir.[9]
Sovet hakimiyyəti qurulduqdan sonra parkın ərazisi 15 hektara qədər genişləndi və 1931-ci ildə "Rote Fahne" adlandırıldı. Bu ad 1925-ci ildə Bakı neft işçiləri adından Berlin proletariatına göndərilən Ötürülə Bilən Qırmızı Bayrağı simvolizə edirdi. 1941-ci ildə Almaniyanın Sovet ittifaqına hücumu nəticəsində parkın adı dəyişidirildi və Nizami parkı adlandırıldı.[7]
Vəziyyəti
redaktə2000-ci illərin əvvəlinə qədər "Villa Petrolea" ərazisində olan binalar baxımsız vəziyyətdə idilər. Nobellərin iqamətgahı və yaşayış evləri dağılmış vəziyyətdə idi və yenidən qurmaya ehtiyac duyulurdu. Digər binalar isə çoxdan sökülmüş, teatr və klub isə yanğın nəticəsində məhv olmuşdur.[5]
2004-cü ildə Nobel mirasının bərpası üçün Bakıda "Bakı Nobel İrsi Fondu" adlı ictimai təşkilat yaradılmışdır. 2007-ci ildə onlara Nobellərin iqamətgahını rekonstruksiya və restovrasiya etməyə icazə verilmişdir. 2008-ci ilin 25 aprelində isə yenidən bərpa olunmuş iqamətgahın açılışı olmuşdur.[6]
Muzey
redaktəBərpa olunduqdan sonra "Villa Petrolea"da Nobel qardaşlarının muzeyi, beynəlxalq biznes mərkəzi və Bakı Nobel Neft Klubu yaradılmışdır. Qeyd edək ki, bu həm də Nobel ailəsinə həsr edilmiş İsveçdən kənar ilk muzeydir.[6][10] Muzey tarixidir və neft mövzusuna həsr edilib.[6][11] Muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət və interyer əşyaları yığılıb. İqamətgahın interyeri əvvəlki sahiblərinin dövrünə nisbətən dəyişikliyə məruz qalıb, lakin bəzi hissələr (məsələn kaminlər) dəqiqliyi ilə yenidən düzəldilib. Ümumilikdə evin interyeri sadə avropa üslubundadır, ancaq bir otaq xüsusilə şərq üslubunda dizayn edilib.[12]
Hadisə
redaktə17 dekabr 2010-cu ildə "Villa Petrolea" iqamətgahında Lyudviq Nobelin nəticəsi Filip Nobel tərəfindən "Nobel İnternational Fraternity Fund" fondunun əsası qoyulmuşdur. Fond Azərbaycanda elmi dəstəkləməyi hədəfləyir. Bundan başqa, həmin gün Bakı Nobel İrsi Fondunun sədri, Toğrul Bağırova və Filip Nobelə "Qütb ulduzu" ordeni təqdim edilib. Toğrul Bağırov "Qütb ulduzu" ordenini alan ilk azərbaycanlıdır.[6]
Qalereya
redaktə-
Nobel Qardaşları Muzeyinin arxa tərəfi
-
Muzeyin yemək otağı
-
Muzeyin şərq otağı
-
Villa petrolea-nın Karl Vilhem Hegelin tərəfindən çəkilmiş şəkli
-
Villa petrolea-nın Karl Vilhem Hegelin tərəfindən çəkilmiş şəkli 2
-
Muzeyin hazırkı görüntüsü
-
Muzeyin hazırkı görüntüsü 2
-
Hagelin neft buruqlarını təftiş edərkən 1896-1897-ci illər Villa Petrolea
-
Muzeyin hazırkı görüntüsü 3
-
Villa Petrolea 1897-ci il
-
Muzeyin girişi
İstinadlar
redaktə- ↑ Azeri women in transition: women in Soviet and post-Soviet Azerbaijan. Farideh Heyat. Routledge, 2002 стр 47
- ↑ Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Tadeusz Swietochowski. Cambridge University Press, 2004. стр 21
- ↑ Baku, an eventful history. James Dodds Henry. Ayer Publishing, 1905
- ↑ 1 2 3 "Ш. Фатуллаев. ГРАДОСТРОИТЕЛЬСТВО БАКУ XIX — начала XX веков. АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР ИНСТИТУТ АРХИТЕКТУРЫ И ИСКУССТВА". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ 1 2 "Azerbaijan International. The Nobels in Baku. Swedes' Role in Baku's First Oil Boom (by Brita Asbrink)". 2012-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ 1 2 3 4 5 "Вебсайт Baku Nobel Heritage Fund (BNHF) and the Baku Nobel Oil Club (BNOC)". 2011-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ 1 2 3 Tamara Humbatova. Villa Petrolea, Monument to Nobel Family's Good Deeds in Baku Arxiv surəti 25 may 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 25, 2012, at the Wayback Machine. Echo. 8 may 2012.
- ↑ К.И. Джафаров, Ф.К. Джафаров. ТОВАРИЩЕСТВО НЕФТЯНОГО ПРОИЗВОДСТВА БРАТЬЕВ НОБЕЛЬ Arxiv surəti 2 noyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 2, 2013, at the Wayback Machine
- ↑ "Azerbaijan International. Legacy of the Oil Barons: Part II. The "Greening" of Baku by the Nobel Brothers (by Fuad Akhundov)". 2012-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ Известия. Старые традиции и новые проекты
- ↑ "Известия. Старые традиции и новые проекты". 2012-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ "Первый канал. Хочу знать. Выпуск от 15 июля 2010". 2013-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
Həmçinin bax
redaktə- Branobel
- Nobel mükafatı
- Nobelin tarixi
- Nobel qardaşları
- Nobelin zavodları (film, 1908)
- Nobel mükafatı laureatlarının siyahısı
- Nobel Sülh mükafatı laureatlarının siyahısı