Vikipediya Silinmeye Namized Sehifeler Acalovlar - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Acalovlar - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Orijinal tədqiqat hesab edirəm. Eminn (müzakirə) 20:37, 2 yanvar 2024 (UTC)
- Silinsin: Qeyd edilən arqumentlə razıyam. Həmçinin məqalədə heç bir istinadın və mənbənin də olmadığını qeyd edim. Grenzsoldat 16:34, 3 yanvar 2024 (UTC)
- Sürətli qalsın: internetdə istinadlar çoxdur. --► Hörmətlə: SolaVirum 10:23, 9 yanvar 2024 (UTC)
- əgər arasdirsaniz istinadlari tapa bilersiniz.Her bir melumat doğrudur.Hami öz tarixini bilmelidir.Məqalə silinməməlidir.! Amin Acalov (müzakirə) 18:14, 9 yanvar 2024 (UTC)
- @Amin Acalov, deyəsən siz də Acalovlardansınız. Hamı öz tarixini bilməlidirsə zəhmət olmasa araşdırıb tapa biləcəyiniz mənbələri əlavə edin. Əks təqdirdə saxlanılması mümkün deyil. Nemoralis (müzakirə) 15:05, 10 yanvar 2024 (UTC)
Silinsin: "Istinad və mənbə əlavə edilməlidir ki,mətnlərdə olan doğruluq öz əksini tapsın." --Johsgun ✡ (müzakirə) 12:57, 11 yanvar 2024 (UTC)
- Qalsın:, Acalovlar tanınmış nəsildir. Ən sonuncu tanınmış təmsilçilərindən biri Arif Acalov idi. Çox təəssüf ki, 2023-cü ilin noyabr ayında bir tədbirdə iştirak üçün gəldiyi Bakıda avtomobil qəzası nəticəsində həlak oldu. Azərbaycan mətbuatı, saytları çox yazdı bu qəza haqqında. Türkiyədə çox tanınan azərbaycanlı elm adamı idi. Türk vikisində (tr:Arif Acaloğlu), ingilis vikisində haqqında məqalə var. İnzibatçımız Nemoralis də, 2021-ci ildə Arif Acalov haqqında olan məqaləni "qeyri-ensiklopedik şəxs" deyə silib azvikidən. Çox təəssüf edirəm azvikidəki son 2-3 ildə gedən "silhasil" prosesinə. — Sortilegus (müzakirə) 12:28, 12 yanvar 2024 (UTC)
- İnzibatçısız, silinmiş səhifələrin məzmunlarına baxa bilirsiniz. Baxın görün o məzmunda məqaləni saxlamaq olardı? Və ya mən münəccim idim, şəxsin belə biri olduğunu bilirdim? Məzmunda nə yazılıbsa ona əsasən qərar verirəm. Üstündən ~3 il keçəndən sonra hansısa prosesdən danışıb təəssüf etməyiniz mənasızdır. Elə bil azvikidə məqalə qoymamışam, siz də qarşısını ala bilməmisiniz. Nemoralis (müzakirə) 12:32, 12 yanvar 2024 (UTC)
- Nemoralis, mən son 2 ildir azvikidəki bitkilər və qismən də heyvanlar haqqında olan məqalələri redaktə edirəm. Azvikidə 30 000-ə yaxın bitki və heyvan haqqında məqalə var. Məqalələr əsasən bu şəkildədir: Acacia imbricata. Amma mən yoxlayıram ki, varmı belə çiçək-böcək, yoxsa yoxdur. Varsa, redaktə edib məzmununa əlavələr edirəm, bir haşqa bioloji taksonun sinonimidirsə, ona yönləndirirəm, yanlış adlandırma varsa silirəm. Siz də Azərbaycanın alimlərinə (bu müzakirəyə əsasən) heç olmasa mənim çiçək-böcəyə qoyduğum hörmət qədər hörmət qoyun. Əvvəlcə bir yoxlayın, sonra silin və ya silməyə namizəd edin səhifəni.— Sortilegus (müzakirə) 12:42, 12 yanvar 2024 (UTC)
- Yoxlayırsız, yaxşı edirsiz, çox sağolun. Etiraf edirəm ki, az qala hər alimə (əsas da dosentlərə) məqalə yaradıldığı üçün istər istəməz alimlərə qarşı önyarğı yaranır. Bunun qarşısını almaq üçün gərək məqaləyə həmin faktları yerləşdirsinlər ki oxuyan şəxs başa düşsün ki, hə, bu önəmli adam imiş. Yoxsa məzmunu sadəcə filologiya elmləri doktoru sözündən ibarət olan ([1]) məqalədən nə başa düşə bilərəm? Deyəsən heç məqaləni yaradan da "hörmət qoymayıb", bir cümlə yazıb gedib. Nemoralis (müzakirə) 12:51, 12 yanvar 2024 (UTC)
- Nemoralis, dosent ola bilər ki, professordan daha ensiklopedikdir. Amma nə dosent, nə professor - azvikidə heç azərbaycanlı alimlər haqqında ələgələn məqalə qalmadı ki. Hamısını "optovoy" sildilər. Bu məsələdə sizi ittiham etmək fikrim yoxdur - sizin sildiyiniz məqalə bu müzakirədə qarşıma çıxdı, ona görə sizin adınızı qeyd etdim. Düşünün ki, bütün Azərbaycan mətbuatı Arif Acalovun Bakıda avtomobil vurması nəticəsində həlak olmasından yazır, amma azvikidə Arif Acalov haqqında məqalə silinib. Çünki buna Nemoralis 2021-ci ildə qərar verib. Məqaləni təzədən yaratmaq üçün də gərək "bərpa üçün" müraciət olunsun, orada müzakirə getsin, hələ bəlkə "dahi hərşeyşünas" olan bəzi azviki redaktorları məqalənin orada da bərpasına qarşı çıxacaqdılar. Əgər şəxs həmin avtomobil qəzası nətisində tanınmış olsaydı, o ayrı məsələ. Amma şəxs illərdir ki, Türkiyədə elm sahəsində tanınmış araşdırmaçılardan biri idi. Sildiyiniz, silməyə namizəd təqdim etdiyiniz məqalələrin mövzusunu yoxlamanız yaxşı olar. Ensiklopedik mövzudursa hətta 1-2 cümlə də olsa qalsın. — Sortilegus (müzakirə) 13:13, 12 yanvar 2024 (UTC)
- Bərpa etdim məqaləni. Nemoralis (müzakirə) 13:24, 12 yanvar 2024 (UTC)
- Nemoralis, təşəkkür edirəm sizə. Düşünürəm ki, bu hərəkətinizlə Arif Acalovun ruhunu sevindirdiniz. Ona da inanıram ki, bundan sonra heç olmasa alimlər haqqında olan məqalələri silməzdən əvvəl həmin məqalələrin mövzusunu axtarış platformalarında yoxlayıb sonra qərar verəcək, həyatda olan dəyərli alimlərimizi azvikidə məqaləyə sahib olma imkanından məhrum etməyəcksiniz. — Sortilegus (müzakirə) 13:31, 12 yanvar 2024 (UTC)
- Bərpa etdim məqaləni. Nemoralis (müzakirə) 13:24, 12 yanvar 2024 (UTC)
- Nemoralis, mən son 2 ildir azvikidəki bitkilər və qismən də heyvanlar haqqında olan məqalələri redaktə edirəm. Azvikidə 30 000-ə yaxın bitki və heyvan haqqında məqalə var. Məqalələr əsasən bu şəkildədir: Acacia imbricata. Amma mən yoxlayıram ki, varmı belə çiçək-böcək, yoxsa yoxdur. Varsa, redaktə edib məzmununa əlavələr edirəm, bir haşqa bioloji taksonun sinonimidirsə, ona yönləndirirəm, yanlış adlandırma varsa silirəm. Siz də Azərbaycanın alimlərinə (bu müzakirəyə əsasən) heç olmasa mənim çiçək-böcəyə qoyduğum hörmət qədər hörmət qoyun. Əvvəlcə bir yoxlayın, sonra silin və ya silməyə namizəd edin səhifəni.— Sortilegus (müzakirə) 12:42, 12 yanvar 2024 (UTC)
- Qalsın: müəyyən istinadlar əlavə olunmalı və saxlanılmalıdı fikrimcə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:34, 13 yanvar 2024 (UTC)
- Qalsın: ensiklopedik soydur. O ki qaldı "alimlər" mövzusuna. Bu problemi azviki AMEA-nın arxa bağçasına çevriləndə düşünmək lazım idi ki, indiki vəziyyət yaranmasın. - Dr.Wiki54 (müzakirə) 23:25, 20 yanvar 2024 (UTC)
- Qalsın: ensiklopedikdir, yəni tanınmış soydur. Araz Yaquboglu (müzakirə) 17:49, 22 yanvar 2024 (UTC)
Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Gələcəkdə məqalədə lazımlı düzəlişlər edilməsə sürətli silinə bilər. Nemoralis (müzakirə) 19:27, 27 yanvar 2024 (UTC)