Vikipediya Mubahiselerin Helli - Wikipedia
Vikipediya:Mübahisələrin_həlli - Haqqında Məlumat
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Bu səhifə "Mübahisələrin həlli" haqqındadır. "Müəllif hüququları" üçün baxın: VP:MH.
Ümumi prinsiplər
redaktəMübahisələrin həlli vikipediyada istifadəçilər arasındakı gərginliyin aradan qaldırılması üçün yeganə düzügün yoldur. Bu siyasətə aşağıdakılar aiddir:
- İstifadəçi mübahisələr zamanı mübahisənin predmetini digər istifadəçinin şəxsiyyətində deyil, məqalənin məzmunu üzərində cəmləməlidir.
- Mübahisələrin həllində soyuqqanlı və uzaqgörən olmaq lazımdır.
- Mübahisəli məsələləri müvafiq danışıqlar və ya müzakirə səhifələrində açılan müzakirələr vasitəsilə həll etmək lazımdır.
- İmkan daxilində hətta müvəqqəti barışığa gəlmək lazımdır.
- Üçüncü tərəfə müraciət etmək lazım gələrsəb etibarlı, təcrübəli və müstəqil mövqe sahibi olan qərəzsiz və bitərəf vikipediyaçı seçmək lazımdır.
- Vikipediyaya aid olmayan şəxsi xarakterli məsələlərlə bağlı müraciət məqbul sayılmır.
Mübahisələrin həllində addımlar ardıcıllığı
redaktəƏgər iki və daha çox istifadəçi arasında hansısa məqalənin məzmunu barəsində ortaq məxrəcə gəlmək mümkün olmursa, əgər istifadəçilər arasında hansısa məsələ barəsində mübahisə yaranırsa və onu həll etmək mümkün olmursa, əgər hansısa istifadəçinin hərəkəti digərinin fikrincə Vikipediya qaydalarını pozursa (tərəfsizlik və s.), onda bir tərəf aşağıda göstərilən yollardan biri ilə mübahisəni həll etməsi məsləhət bilinir :
- Mübahisə kəskin deyilsə, sadəcə xoş söhbətlə məsələni həll etməyə çalışın.
- Digərilərini məsələnin həllinə cəlb etməyə çalışın.
- Digərilərinin vasitəçiliyindən (Digəriləri öz vasitəçiliyini təklif edərsə) istifadə edin.
- Əgər daha ciddi müzakirəyə ehtiyac varsa, Kənd meydanında müzakirə açın.
- Əgər vacib hesab edirsinizsə, idarəçilərə müraciət edin və onların reaksiyasını gözləyin.
- Əgər problem dərindirsə, bu barədə səsvermə keçirilməsi barəsində idarəçilər qarşısında məsələ qaldırın. Bunun üçün azı iki idarəçiyə müraciət kifayət edir. İdarəçilər bu məsələdə düzgün saydıqları qərarı çıxartmaqda sərbəstdirlər.
- Əgər bu ardıcıllıq məslənin həllinə tərəflərdən birinin fikirincə kömək etmirsə, onda Arbitraja müraciət etmək olar.
Qeyd: İstifadəçilərin məsələnin həlli üçün bu ardıcıllığın istənilən pilləsindən başlamaq hüququ vardır.