Şərh: məqaləni yüksək səviyyəyə çatdırdığınız üçün təşəkkür edirəm. Azvikinin bu mövzuda təkmilləşdirmələrə ehtiyacı böyükdür. Müşfiqin daha keyfiyyətli fotosunu Vikianbara və Vikiverilənlərə yerləşdirmişdim. Məncə bu foto daha uyğundur, digəri rəsm əsəri idi. Digər toxunmaq istədiyim məsələ istinadlarla bağlıdır. Mübahisəli faktlar olmadığı təqdirdə hər cümlənin sonunda eyni istinadı yerləşdirmək estetik görünmür. Onun əvəzinə ümumi bir istinad vermək daha yaxşı olardı.--Toghrul Rahimli (müzakirə) 05:12, 25 oktyabr 2018 (UTC)[cavabla]