Vikipediya Gizledenler - Wikipedia
Gizlədənlər — Vikipediyada daha geniş bir silmə növüdür ki, adi silmədən fərqli olaraq inzibatçılarınki də daxil olmaqla hər hansı bir məlumatı, çıxarır yaxud gizləyir. Böhtan xarakterli materialı silmək, gizliliyi qorumaq və bəzən ciddi müəllif hüququ pozuntularını aradan qaldırmaq məqsədilə, istifadəçi adını, redaktənin məzmununu yaxud redaktənin xülasəsini gizlətmək üçün istifadə olunur. Gizləmə funksiyasını redaktə üzərində həyata keçirərkən, dəyişiklik versiyasının mətnini, istifadəçi adı ilə IP ünvanını və redaktə xülasəsini, yaxud bunların kombinasiyasını gizlətmək mümkündür. Sadalanan silmələr həyata keçirildikdən sonra həmin silinmiş məzmun yalnız gizlədənlər tərəfindən görülə bilinəcək, digər istifadəçilər bu silinmələri görə bilməzlər. Bu səbəbdən adi inzibatçıların həyata keçirdiyi silmədən fərqlənir. Əlavə olaraq gizlədənlər, istifadəçi adını, hərəkət və məqsədi, yaxud ad dəyişmələr və bloklamalar kimi hər hansı bir qeydin xülasəsini də gizlədə bilərlər. Gizlədənlər hüququna malik istifadəçilər bir istifadəçi hesabını tamamilə gizlədə bilərlər. Bu zaman həmin hesabı istifadəçi siyahısından silə və adı keçən bütün dəyişiklik və qeydləri gizlədə bilərlər.
Həmçinin bax
redaktə- Gizlətmə siyasəti – (Meta)