Vikipediya Gorus Baki Baki 8 - Wikipedia
Təsnifat
redaktə21 yanvar 2014-cü il tarixində, saat 15:00-da Azərbaycandilli Vikipediya istifadəçilərinin Bakı şəhərində sayca 8-ci, geniş tərkibli görüşü keçiriləcək. AMEA-nın rəhbərliyi "TƏDBİRLƏR PLANI"nı istədiyinə görə görüş təcili keçirilir.
Görüşdə müzakirə olunacaq əsas məsələlər:
- AMEA alimlərinin Vikipediyaya cəlb olunması məsələsi ilə bağlı tədbirlər planının müzakirəsi;
- "Vikimedia Azərbaycan" layihəsinin müzakirəsi;
- 2014-cü ildə Azərbaycandilli Vikipediyanın 10 illiyi ilə bağlı beynəlxalq konfransın keçirilməsi.
İstənilən halda görüşdə iştirak edənlər üçün mövzu qadağası və limiti yoxdur; hər kəs istədiyi mövzunu müzakirə edə bilər.
İştirak etmək istəyən hər bir kəsdən xahiş edirəm ki, mütləq şəkildə öz adını "iştirakı dəqiq olanlar" siyahısına əlavə etsin. Son qeydiyyat tarixi 2014, 21 yanvar, saat 15:00.
Görüş ilə bağlı istənilən mövzu aşağıdakı "Şərhlər" bölməsində bildirilə bilər. Texniki məsələri isə müzakirə səhifəsində yaza bilərsiniz.
Tarix və yer
redaktəTarix: 2014-cü il, 21 yanvar
Vaxtı: 15:00
- Keçirilmə yeri
- AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, 2-ci mərtəbə, "Kiçik zal"
- B. Vahabzadə küç. 9.
- Bakı, Azərbaycan.
Koordinatlar: Bakı Dövlət Universitetinin binası ilə üzbəüz.
İştirakçılar
redaktəİştirakı dəqiq olanlar
redaktə- --İrada (talk) 16:32, 20 yanvar 2014 (UTC)
- İştirak etmişəm. --►Cekli829 14:44, 21 yanvar 2014 (UTC)
İştirakı sual altında olanlar
redaktəİştirak edə bilməyənlər
redaktəTəəssüf ki, iştirakım mümkün deyil. Bir neçə gün əvvəldən məlumatım olsaydı, bəlkə iştirakım mümkün olardı. --►Cekli829 05:06, 21 yanvar 2014 (UTC)- Çox istərdim, ancaq müəyyən səbəblər (şəxsi) üzündən ştirak edə bilməyəcəyəm. -- ■ Sultan mesaj 05:39, 21 yanvar 2014 (UTC)
Necə gəlməli?
redaktə- Metro
- Görüş yerinə ən yaxın ictimai obyekt Elmlər Akademiyası metrostansiyasıdır.
Auditoriya
redaktəVikipediya ilə maraqlanan istənilən şəxs (istifadəçi, sponsor və ya sadəcə maraqlı olan) görüşdə iştirak edə bilər. Görüş zamanı Bakı şəhərində olan bütün istifadəçilər istifadəçi statusundan asılı olmayaraq toplantıya qatıla və səs sahibi ola bilər. Görüş Vikipediyanın bütün layihə və dilləri üçün açıqdır.
Nəticə
redaktə2014-cü il, 21 yanvar, saat 15:00-də Azərbaycan vikipediyaçılarının 8-ci görüşü keçirildi. Görüşdə 3 idarəçi və 3 aktiv istifadəçi iştirak etdi.
Müzakirə olunan məsələlər
redaktə- Azərbaycan alimlərinin Vikipediyaya cəlb olunması və onların fəaliyyətinin səmərəliliyi ilə bağlı problemlər
- Vikimedia Azərbaycan fondunun təşkilində mövcud problemlər və onların həlli yolları
- Azərbaycan abidələrinin Commonsa yüklənməsində maneə yaradan problemlər
- KİV-də Azərbaycan Vikipediyasına zərər verəcək xəbərlərlə bağlı problemlər.
Qərara alındı
redaktə- Fəaliyyətin ilkin mərhələsində Vikimedia Fondu ilə əlaqə yaradılsın
- Universitetlərdə və digər təhsil müəssisələrində Vikipediyanın təbliği genişləndirilsin
- Xarici ölkələrdə yaşayan azərbaycanlıların Vikipediyaya cəlb olunması üçün diasporalarla əlaqələrin qurulması.