Vikipediya Gorus Baki Baki 5 - Wikipedia
Təsnifat
redaktə15 yanvar 2011-ci il tarixində Azərbaycan Vikipediyası istifadəçilərinin Bakı şəhərində sayca 5-ci görüşü keçiriləcək. Görüşün məqsədi Vikipediya layihəsinin 10 illik yubileyini qeyd etməkdir. Belə ki, 15 yanvar 2011-ci ildə Vikipediya layihəsinin 10 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Vikipediyası görüş təşkil edib, layihənin ad gününü qeyd etməyi düşünür. Görüşün xüsusi proqramı yoxdur və sırf əyləncəli xarakter daşıyır. İstənilən halda vikipediyaçıların mövzu qadağası və limiti yoxdur və hər kəs istədiyi mövzunu qaldırıb, müzakirə edə bilər.
Görüş zamanı Vikipediyanın digər dillərdəki layihələrinin istifadəçiləri ilə də video-bağlantı qurmaq düşünülür. Bunların sırasında hələ ki, rəsmi məlum olan Moskva və Tbilisi ilə video bağlantılardır.
Xahiş edilir ki, gəlmək fikrində olanlar çox gecikməsinlər.
Görüş ilə bağlı istənilən mövzu müzakirə səhifəsində danışıla bilər.
Tarix və yer
redaktəTarix: Şənbə, 15 yanvar 2011
Vaxtı: 17:00
- Keçirilmə yeri
- Kafe
- Elmlər Akademiyası metrostansiyasının çıxışı
- Bakı, Azərbaycan
Koordinatlar: naməlum
Müzakirə olunacaq məsələlər
redaktə- Görüşün xüsusi proqramı yoxdur. Görüş Vikipediya layihəsinin 10 yaşı tamam olması münasibətilə keçirilir.
İştirakçılar
redaktəİştirakı dəqiq olanlar
redaktə- --Sortilegus 22:24, 10 yanvar 2011 (UTC)
- --sefer 02:28, 10 yanvar 2011 (UTC)
- -- Pərviz 22:29, 10 yanvar 2011 (UTC)
- --Sultan11 15:34, 12 yanvar 2011 (UTC)
- --Bakuemil 14:48, 14 yanvar 2011 (UTC)
- --Proger danış 19:33, 14 yanvar 2011 (UTC)
- --Cek Li Taran 12:11, 15 yanvar 2011 (UTC)
- --Vago 12:27, 15 yanvar 2011 (UTC)
- --N KOzi 12:29, 15 yanvar 2011 (UTC)
- --Irada 20:15, 15 yanvar 2011 (UTC) (Görüşdən sonra)
- --Gulustan 07:28, 16 yanvar 2011 (UTC) (Görüşdən sonra)
İştirakı sual altında olanlar
redaktəNecə gəlməli?
redaktəAyaqla
- Görüş yerinə ən yaxın ictimai obyekt Elmlər Akademiyası metro stansiyasıdır. Görüş metronun çıxışı, Firudin Ağayev küçəsində keçirilir. Görüş yerinə həmçinin Hüseyn Cavid prospekti ilə hərəkət edərək çatmaq olar. Belə ki, toplantı mərkəzi Firudin Ağayev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşir.
İctimai nəqliyyatla:
- Avtobus
- "20 Yanvar" dairəsindən (və bir qədər yuxarıda yerləşən "Şamaxı yolu" ərazisindən) 5, 96, 162, 218 kimi orta və iri tutumlu avtobuslar Elmlər Akademiyası metro stansiyası istiqamətinə (Hüseyn Cavid prospekti ilə) hərəkət edirlər.
- Metro
- Bakı metropoliteni ilə hərəkət etmək istəyənlər üçün ən yaxın stansiya Elmlər Akademiyası stansiyasıdır. Görüş çıxışın qarşısındakı Firudin Ağayev küçəsində yerləşən səkidəki fotoatelyenin qarşısında keçirilir.
Auditoriya
redaktəVikipediya ilə maraqlanan istənilən kəs (istifadəçi, KİV nümayəndəsi, sponsor və ya sadəcə maraqlı olan) görüşdə iştirak edə bilər. Görüş zamanı Bakı şəhərində olan bütün istifadəçilər istifadəçi statusundan asılı olmayaraq toplantıya qatıla və səs sahibi ola bilər. Görüş Vikipediyanın bütün layihə və dilləri üçün açıqdır.
Şərhlər
redaktə2011-ci il yanvar ayının 15-də, saat 17 00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidəki fotoatelyenin qarşısında toplaşırıq. Xahiş edirəm, gəlmək fikrində olanlar çox gecikməsinlər, uzağı 10-15 dəqiqə gözləyə bilərik. Sonra oradakı kafelərdən birində Vikipediya layihəsinin 10 illik yubileyini qeyd edəcəyik. Çox böyük ehtimal ki, II görüşümüzü keçirdiyimiz kafedə bu tədbiri də keçirəcəyik. Hər halda ilkin olaraq metro ilə üzbəüz fotoatelyenin qarşısında toplaşırıq. Bütün fəal vikipediyaçıları və bu bayramı bizimlə birlikdə qeyd etmək istəyənləri öz aramızda görməkdən böyük məmnunluq duyardıq. Hörmətlə:--Sortilegus 22:24, 10 yanvar 2011 (UTC)
- Görüşə gələcək olan istifadəçilərdən biri mənim mail-ə cib telefon nömrəsini yazıb göndərsə yaxşı olar. Çünki üzdən heç kimi tanımıram.--Bakuemil 14:52, 14 yanvar 2011 (UTC)
Mən yazıb göndərdim. --Cek Li Taran 14:55, 14 yanvar 2011 (UTC)
- Deyəsən görüşdən 1-ci evə qayıdan mənəm:) Çox möhtəşəm bir görüş oldu. Köhnə vikipediyaçı həmkarları, yeni dostları görməkdən, onlarla ünsiyyətdə olmaqdan böyük zövq aldım. Çox istərdim ki, görüşün o mehriban abu-havası AzVikiyə həmişəlik və ya heç olmasa uzun müddətə sirayət eləsin. Görüləsi işlərimiz çoxdur. Haydı qollarımızı çırmaladıq:)--Sortilegus 18:00, 15 yanvar 2011 (UTC)
Sortilegusla razıyam - görüş çox möhtəşəm keçdi. İnanıram ki, görüşdən sonra Vikipediyamızda bir çox problemlər öz həllini tapacaqdır. Bir daha hamını - köhnə və yeni dostları təbrik edirəm :)--Irada 19:57, 15 yanvar 2011 (UTC)
Keçən görüş kimi məncə bu da əla keçdi. Hər dəfə getdikcə daha geniş, daha yaxşı və məhsuldar keçir. Məncə biz Vikipediyanın 10 illiyini azdan-çoxdan heç də pis keçirmədik. Yaxşı idi! :) --Proger danış 23:19, 25 yanvar 2011 (UTC)
V VikiGörüşdə müzakirə olunan məsələlər
redaktə1. Vikipediya qaydalarının yenidən işlənməsi, yeni qaydalar hazırlanması.
Qərara alındı:
- Vikipediya qaydaları ilə məşğul olan komissiya yaradılsın (ən azı 2 idarəçi və 3 istifadəçidən ibarət).
- Vikipediyanın qaydalarının siyahısı hazırlanaraq Kənd Meydanında müzakirə edilsin, siyahıya uyğun qaydaların tərtib olunmasına başlanılsın, komissiyanın yekun rəyindən sonra qaydalar səsverməyə çıxarılsın.
2. Vikipediyada məqalələrin artması və ümumiyyətlə inkişafı ilə əlaqədar yeni idarəçilərin seçilməsi.
Qərara alındı:
- İdarəçiliyə yeni namizədlər irəli sürülsün, idarəçi seçkiləri keçirilsin.
- İdarəçi namizədliyinə təqdim edildilər: Proger (müzakirə • töhfələr • statistikalar), PPerviz (müzakirə • töhfələr • statistikalar), Acategory (müzakirə • töhfələr • statistikalar), Sultan11 (müzakirə • töhfələr • statistikalar).
3. Vikimedia fondunun Azərbaycan dilində olan digər layihələrində vəziyyətin müzakirəsi.
Qərara alındı:
- Vikipediya istifadəçiləri digər layihələrdə də aktivlik göstərsinlər.
- Vikimedia fondunun digər Azərbaycandilli layihələrində idarəçi seçkiləri keçirilsin.
Elanlar/Bildirişlər
redaktəSosial şəbəkədə: Facebookda qrup, Facebookda səhifə
Şəkillər
redaktə-
Vikipediyanın 10 yaşı qeyd edilir
-
Soldan sağa: Proger, Sortilegus və Rauf Fətullayev
-
Vikipediya 10
-
Müzakirə zamanı.