Vikipediya Gorus Baki Baki 2 - Wikipedia
yanvar 2014 Bakı 8 yanvar 21, 2014
| |
sentyabr 2013 Bakı 7 sentyabr 13, 2013
| |
sentyabr 2012 Bakı 6 sentyabr 15, 2012
| |
yanvar 2011 Bakı 5 yanvar 15, 2011
| |
dekabr 2010 Bakı 4 dekabr 18, 2010
| |
noyabr 2010 Bakı 3 noyabr 12, 2010
| |
oktaybr 2010 Bakı 2 oktyabr 23, 2010
| |
noyabr 2009 Bakı 1 dekabr 6, 2009
| |
Görüşlərin tam təqvimi |
---|
Təsnifat
redaktəSabah, yəni 23 oktyabrda, saat 18 00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidəki fotoatelyenin qarşısında toplaşırıq. Xahiş edirəm, gəlmək fikrində olanlar çox gecikməsinlər, uzağı 10-15 dəqiqə gözləyə bilərik. Sonra oradakı kafelərdən birində çay süfrəsi arxasında oturub mehribancasına söhbət edəcəyik və siz görəcəksiz ki, son 1-2 ayda böyük problemə çevirdiyiniz məsələlərin həlli əslində çox sadədir. --Sortilegus 08:29, 22 Oktyabr 2010 (UTC)
Tarix və yer
redaktəTarix: Şənbə, 23 oktyabr 2010 18:00
Keçirilmə yeri:
Kafe
Elmlər Akademiyası metrosunun çıxışı
Bakı, Azərbaycan
İştirak etmək istəyənlər
redaktə- --
Vüsal Ağayev18:23, 21 Oktyabr 2010 (UTC)(üzgünəm gələ bilməyəcəyəm) - --Irada 18:28, 21 Oktyabr 2010 (UTC)
- --Sortilegus 19:28, 21 Oktyabr 2010 (UTC)
- --Wertuose 18:28, 21 Oktyabr 2010 (UTC)
- --Cekli829 10:35, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
- --Proger danış 07:06, 22 Oktyabr 2010 (UTC)
- --Vago 07:13, 22 Oktyabr 2010 (UTC)
- --sefer 22:14, 22 Oktyabr 2010 (UTC)
- --Rovshan 23:33, 22 Oktyabr 2010 (UTC)
- Dəqiq deyil.-- Pərviz 23:07, 22 Oktyabr 2010 (UTC)
Şərhlər
redaktə- Çox gözəl :). Həvəslə iştirak edərəm! Danışalacaq çox şey var. Bu arada istinad etdiyiniz müzakirə səhifəsində inzibatçılardan biri qeyd edir ki, bu görüş yalnız idarəçilər arasında olsa yaxşıdır. Geniş toplantı olanda digərlərini də çağırarıq. İndi görürəm bu təklif qüvvəyə minməyib. Siravi istifadəçilər də iştirak edə bilər? :) --Proger danış 07:06, 22 Oktyabr 2010 (UTC)
Bütün istifadəçilərin iştirakını arzu edirəm. Yoxsa mən tək onlarla bacarmaram :)--Irada 07:23, 22 Oktyabr 2010 (UTC)
- İnanmıram :)) -Vago 07:26, 22 Oktyabr 2010 (UTC)
Bəlkə də haqlısınız...:))--Irada 07:32, 22 Oktyabr 2010 (UTC)
Mən də bütün vikipediyaçıların və hətta Milli Təhlükəsizlik Nazirliyinin və digər müvafiq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələrinin, həmçinin İTV-də dəyirmi masa aparıcısının da o tədbirdə iştirakının tərəfdarıyam. Ümid edirəm ki, hər kəs orada olacaq. --Cekli829 12:35, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Yenə istehza...--Irada 07:39, 22 Oktyabr 2010 (UTC)
Xeyr. İstehza deyil. Ciddi sözümdür! --Cekli829 12:40, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Maşallah, irəliləyiş var deyəsən. Yaxşı ki Cekli yumor hissinə qapılıb, - "Bu dəfə istehza deyil!" demədi :))--Vago 07:44, 22 Oktyabr 2010 (UTC)
Çox maraqlıdır. Axşam saat 6 da başlayan görüşün bitmə vaxtını düşündükdə sizcə ora qadınlar gələ biləcərmi. Birdə ki, Ora haradırrrrrrrrrrrr?--E-citizen 07:46, 22 Oktyabr 2010 (UTC)
Prinsipcə İTV-də görüşüb sonrada Milli Təhlükəsizlik Nazirliyinin Zirzəmisində davam etdirə bilərik. --E-citizen 07:49, 22 Oktyabr 2010 (UTC)
Məncə, toplantı vaxtını saat 17-00-a da keçirmək olar.--Vago 07:57, 22 Oktyabr 2010 (UTC)
Ya da 16-00-da. İşimlə əlaqədar olaraq 16-00-dan 20-00-a kimi keçiriləcək görüşdə iştirak etməyim mümkündür. --Cekli829 13:00, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Sabah, yəni 23 oktyabrda, saat 18 00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidəki fotoatelyenin qarşısında toplaşırıq. Xahiş edirəm, gəlmək fikrində olanlar çox gecikməsinlər, uzağı 10-15 dəqiqə gözləyə bilərik. Sonra oradakı kafelərdən birində çay süfrəsi arxasında oturub mehribancasına söhbət edəcəyik və siz görəcəksiz ki, son 1-2 ayda böyük problemə çevirdiyiniz məsələlərin həlli əslində çox sadədir. Amma sabahacan xahiş edirəm burdakı müzakirələri dayandırın, bir-birinizi bloklamayın, "qırıb-çatmayın":)
P.S. Mən belə görürəm ki, AzVikini normal idarə etmək üçün mənə idarəçi və bürokrat statusları kifayət eləmir. Görüşün nəticəsindən asılı olaraq sizdən bir yeni status da istəməli olacam - "AzVikinin qlavniy razborshiki":) --Sortilegus 08:29, 22 Oktyabr 2010 (UTC)
- Mənə elə gəlir ki, sonuncu titul məsələsi özü-özlüyündə həll olub :))--Vago 08:33, 22 Oktyabr 2010 (UTC)
Hə. Elədir. Sortilegus Siz AzVikinin Mematisisiniz. Sabah racon kəssən yaxşı olar:) 10 milyon dollar. Amma fikrimcə bu pul Cimbodan AzVikini almağa kifayət etməz. --Cekli829 13:50, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
- Bu yəqin "Qurdlar vadisi" serialındandır:) Cekli, inandırım səni bu günə qədər hansısa serialı əvvəldən-axıra qədər izlədiyim, ya 3-4 seriyasına baxdığım yadıma gəlmir:) Bir uşaq vaxtı (hələ deyəsən sovet dövrüydü) "Boqatie toje plachut" serialına baxırdım:)--Sortilegus 09:00, 22 Oktyabr 2010 (UTC)
- Yönləndirmək olmasın, Siz günümüzün aktual mövzusu olan "Просто Мария"ya baxınız :))))--Vago 10:17, 22 Oktyabr 2010 (UTC)
- Bu yəqin "Qurdlar vadisi" serialındandır:) Cekli, inandırım səni bu günə qədər hansısa serialı əvvəldən-axıra qədər izlədiyim, ya 3-4 seriyasına baxdığım yadıma gəlmir:) Bir uşaq vaxtı (hələ deyəsən sovet dövrüydü) "Boqatie toje plachut" serialına baxırdım:)--Sortilegus 09:00, 22 Oktyabr 2010 (UTC)
Hə "Kurtlar Vadisi Pusu"da elə bir epizod var. Səhv etmirəmsə 94 ya da 95-ci seriyadadır. Mənim də tam baxmağa imkanım olmayıb. Amma o epizoda baxmışam. --Cekli829 14:07, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Mm, Elmlər Akademiyası yaxşı yerdir? Elə vaxtdır ki, tələbələr də çıxır... Özlərinin kafeləri də elə də keyfiyyətli deyillər. Bəlkə başqa yerdə görüşək? "5 Qazan"-ın ikinci mərtəbəsi, Pronto və ya Sahil restoranı. Mm, ya da nə bilim. EA-da normal kafe/restoran mən şəxsən tanımıram. Sevgili inzibatçımız tanıyor mu? :D --Proger danış 09:06, 22 Oktyabr 2010 (UTC)
- Bildiyimə görə şənbə günü dərs olmur. -- Pərviz 12:43, 22 Oktyabr 2010 (UTC)
- Görüş yerini dəyişmək olmaz:) Bir də ki, Proger, kabab yeməyə getmirik ki:) Oturub çay içəcəyik. Amma inşallah, hamı mehriban olsa, can deyib can eşitsə gələcəkdə Azvikiailənin üzvlərinin lap Azərbaycanın rayonlarına səfərlərini təşkil edərik, pikniklər keçirərik. Mənim ən böyük arzularımdan biri Təbrizdə, ya Ərdəbildə, ya Cənubi Azərbaycanın hansısa başqa bir şəhərində bir AzViki toplantısı keçirməkdir. Amma onun üçün gərək bir yumruq kimi birləşək və möhkəm olaq. Belə xırda mübahisələrə yol verməyək.--Sortilegus 15:25, 22 Oktyabr 2010 (UTC)
- Deməli mehribançılıq olsa, piknikin xərci Mehrdadın üstünə düşəcək :))--Vago 15:30, 22 Oktyabr 2010 (UTC)
- Mehrdad Cənubi Azərbaycandan olsa da, səhv etmirəmsə hazırda Avstraliyada yaşayır. Burda bu qədər müddətdə fəaliyyətsiz olmasının səbəblərini anlaya bilmirəm. Hər halda ingilisdilli vikidə hərdən redaktələr edir [1]. Amma Cənubi Azərbaycandan olan və AzVikidə fəaliyyət göstərən, AzVikinin inkişafı üçün çalışan digər dəyərli dostlarımız da var. İndi həmin dostlarla latın əlifbasından ərəb əlifbasına və əksinə mətn tərcümə edən mükəmməl proqramın hazırlanmasının mümkünlüyünü müzakirə edirik (bu işə çox dəyərli cənublu dilçi alimlərimiz də maraq göstərirlər və təmənnasız bizə kömək etməyə hazırdırlar). Hələ ki, bu bir ideya formasındadır, amma artıq ümid qığılcımları görünür. İnşallah burda çox vaxt aparan belə xırda problemləri həll edib axırına çıxa bilsək, əsas problemlərin həllinə keçərik. --Sortilegus 16:14, 22 Oktyabr 2010 (UTC)
Bu görüşdə iştirak etməyim mümkündür, amma, dəqiq deyil. Çalışaram ki, qeyd olunan zamanda lazım olan yerdə olum. --Rovshan 23:33, 22 Oktyabr 2010 (UTC)
Əziz həmkarlar! Görüşə cismən gələ bilməsəm də, ruhən sizinləyəm!... Üzürlü səbəbdən iştirak edə bilməyəcəm. Gələcək görüşlərdə görüşərik. Uğurlar.--Sultan11 11:59, 23 Oktyabr 2010 (UTC)