Vikipediya 2018 Bahar Vikidusergesi - Wikipedia
2018 Bahar Vikidüşərgəsi | |
---|---|
Başlama tarixi | 2 iyun 2018 |
Bitmə tarixi | 3 iyun 2018 |
Yeri | |
Əvvəlki | 2017 Yay Vikidüşərgəsi |
Sonrakı | 2019 Yay Vikidüşərgəsi |
Vikianbarda əlaqəli mediafayllar |
2018 Bahar Vikidüşərgəsi — "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Quba rayonunda keçirilməsi təklif edilən və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Azərbaycandilli Vikipediya könüllülərinin Bahar düşərgəsi" layihəsi çərçivəsində təşkil ediləcək vikidüşərgə. Vikidüşərgə 2–3 iyun tarixlərində Quba rayonunda keçiriləcəkdir. İştirakçıların layihədə iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Məqsədlər
redaktə- Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması;
- Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
- Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
- Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.
Görüləcək işlər
redaktəVikidüşərgədə 35 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 10-u yeni, 25-i təcrübəli istifadəçilər olacaqdır.
Düşərgə müddətində az-vikidə 150 məqalənin yaradılması, Vikianbara 400 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur.
Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.
Düşərgənin yeri və şəraiti
redaktəVikidüşərgənin Quba şəhərində yerləşən "Quba Holiday Village" istirahət mərkəzində keçirilməsi nəzərdə tutulub.
Necə iştirak etməli
redaktəDüşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir.
Son qeydiyyat tarixi: 15 may 2018; 23:59:59.
Düşərgənin iştirakçıları Təşkilat Komitəsi üzvlərinin qiymətləndirməsi əsasında seçiləcəkdir.
Təşkilat Komitəsi
redaktəDüşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:
- Təşkilat Komitəsinin rəhbəri
- Təşkilat Komitəsinin üzvləri
Düşərgənin qrafiki
redaktə1-ci gün — Şənbə, 2 iyun
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
07:30-08:00 | Avtobusa minik | 20 Yanvar abidə-kompleksinin önü (20 Yanvar metrostansiyasının yanı) | Vaxtında gəlmək xahiş olunur |
08:00–10:30 | Bakı-Quba yolu | — | |
10:30–11:30 | Oteldə yerləşmə | "Holiday Village" istirahət mərkəzi | İştirakçılar 1 kottecdə 6 nəfər olmaqla yerləşdiriləcək |
11:30–12:00 | Çay fasiləsi | — | |
12:00–14:00 | Təlim | — | |
14:00–15:30 | Nahar fasiləsi | — | |
15:30–17:30 | Məqalə yaratma | — | 75 məqalənin yaradılması nəzərdə tutulub. |
17:30–18:00 | Çay fasiləsi | — | |
18:00–19:30 | Məqalə yaratmaq | — | Əlavə 75 məqalənin yaradılması nəzərdə tutulub. |
19:30–21:30 | Axşam yeməyi | — | |
21:30-dan sonra | Sərbəst vaxt | — |
2-ci gün — Bazar, 3 iyun
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00-09:00 | Səhər yeməyi | — | |
09:30–10:00 | Avtobusa minik | — | |
10:00–15:00 | Qubanın tarixi-mədəniyyət abidələrinə fotogəzinti | Arada çay fasiləsi veriləcək | Vikianbara yükləmək üçün 400 fotoşəkil çəkiləcək |
16:00–17:00 | Nahar/Axşam yeməyi | — | |
17:00–17:15 | Bağlanış mərasimi | — | |
17:15–18:00 | Avtobusa minik | — | |
18:00–20:00 | Quba-Bakı yolu | — | |
20:00 | 20 Yanvar metrostansiyasına gəliş | 20 Yanvar abidə-kompleksinin önü (20 Yanvar metrostansiyasının yanı) |