Vidadi Kucesi Baki - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçə.
Vidadi küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Səbail |
Tarixi
redaktəƏvvəllər o, "Tserkovnaya" adlanırdı Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb — red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin — Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841–1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir..[1]
Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə edilirdi. Kilsə yalnız müharibədən sonra açıldı. İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi. O, Verxnıy Naqornıy (hazırda Abdulla Şaiq) küçəsindən başlayırdı və Təzə pir adlanan ərazinin bir hissəsindən keçir, "Bolşoy Morskoy" küçəsinədək (SSRİ dövründə Kirov prospekti, hazırda Bülbül küçəsi) uzanırdı.[1]
Bu küçənin tikintisinə lap çoxdan, XIX əsrin 20-ci illərinin sonlarından başlanılmışdı. O, İçərişəhərin Şamaxı qapılarından başlayır və Bazarnı küçəsinə (sonradan Hüsü Hacıyev küçəsi, hazırda Azərbaycan prospekti) tərəf uzanırdı. Burada Şamaxıdan və İsmayıllıdan gələn insanlar ticarətlə məşğul olurdular.[1]
"Tserkovnaya" — Vidadi küçəsində hər zaman müxtəlif dinə, sosial statusa malik insanlar yaşayıb və onun memarlıq üslubunun ala-bəzəkliyi, müxtəlifliyi də bunu göstərir.[1]
Vidadi küçəsində avtomobillər demək olar ki, hərəkət etməməyib, yeri akasiya ağaclarının çiçəklərinin qar dənəcikləri örtüb. Bu küçəyə daxil olan zaman həmişə ikimərtəbəli evlərin arasında isti yeni çörək ətrinə qarışmış göyərti qoxusu duyulub.[1]
Tanınmış sakinləri
redaktəİdmançılar
- Rüfət İsrafilbəyov — boksçu
- Rauf Cabbarov — boksçu
Aktyorlar
- Anatoli Falkoviç — aktyor
Digər şəxslər
- Qəmər Almaszadə — balerina
- Murad Kajlayev — bəstəkar və dirijor
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "BÖYÜK TARİXİ OLAN KİÇİK KÜÇƏ". regionplus.az. 20 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2015.