Vayqac - Wikipedia
Vayqaç — Barens dənizi ilə Kara dənizi arasında Nenets Muxtar Dairəsi, Arxangelsk vilayəti ərazində yerləşən ada.
Vayqaç adası | |
---|---|
rus. Вайгач | |
Ümumi məlumatlar | |
Sahəsi | 3400 km² |
Uzunluğu |
|
Eni | 45 km |
Hündür nöqtəsi | 157 m |
Əhalisi | 106 nəfər (2012-ci il) |
Yerləşməsi | |
70°01′00″ şm. e. 59°33′00″ ş. u.HGYO | |
Ölkələr |
|
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Materikdən Yaqorski Şar boğazı, Yeni Torpaq arxipelaqından isə Kara Darvazası boğazı ilə ayrılır. Sahəsi 3,4 min km² təşkil edir. Relyefi dağlıqdır. Ən hündür nöqtəsi 157 metrdir. Gil və qumdan ibarətdir. Adada çoxlu sayda göl və bataqlıq vardır.
Adada Varnek qəsəbəsi yerləşir[1][2].
Ada ərazisi Vayqaç yasaqlığının ərazisinə daxildir[3].
Adının mənası
redaktə«Vay Habs» nenes dilindən tərçümədə — «dətşətli ölüm adası» və ya «Ölüm Torpağı»[4] mənasını verir.
Flora və faunası
redaktəAda florasının əsasını mamır və şibyələr təşkil edir. Cənub hissəsində borulu bitkilər əkilir. Cırtdan ağaclara və otlara rast gəlinir. Burada tez-tez tülkü və Şimal maralına rast gəlinir. Ağ ayı isə nadir hallarda görünür. Sahilində böyük həcmdə suiti və Morj koloniyalarına rast gəlinir[5]. Sahil sularında Göy balina və Qozbel balinaya rast gəlinir.
Adada çoxlu sayda quş bazarları vardır. Quşların bir qismi Yonayaxa çayı[6] sahilində məskən salırlar.
Tarixi
redaktə1921-ci ildə N. A. Kulikin başçılığı ilə adanın cənub-qərbində polimetal filizi aşkarlanmışdır. 1930 ildə geoloji işləri F. İ. Eyhmans davam etdirmişdir. Elmi işlərin bir qismini isə bu vaxt həbsdə olan geoloq və coğrafiya professoru Pavel Vladimiroviç Vittenberq etmişdir.
1934-ci ildə məhbuslır əməyi sayəsində beş şaxta hazırlanmışdır. 1938-ci ildə şaxtaları su basır. Bununla da mədən bağlanılır. Sağ qalan məhbusların bir qismi piyada olaraq Vorkutaya göndərilir. Bir çoxu yolda həlak olur. 1940-ci ildə ikinci ekspedisiya təşkil edilsədə işlər 1941-ci ildə dayandırılmışdır.
1950-ci ildə Bolkan burnunda meteoroloji stansiya fəaliyyətə başlamışdır.
13 sentyabr 2009 ildə stansiyada cilingər həlak olmuşdur. Dekabrda isə stasiyanın istilik təminatında çətinliklər yaranmışdır. Bu səbəbdən əhali evakuasiya edilmişdir[7]. 2010-ci ilin yanvarında stansiya rəhbərliyinə qarşı öz işçisini öldürmək itdihamı ilə çinayət işi qaldırılmışdır[8].
2012-ci ildə stansiya təmir edilmiş və əvvəlki rejimdə fəaliyyətini davam etdirir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ «Kultura» telekanalı. Vilayətdən gələn məktub
- ↑ [1]
- ↑ Vayqaç yasaqlığı[ölü keçid]
- ↑ "Əmək islah düşərgəsi". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "Bir qrup alim Barens dənizinin morjlarını araşdırmağa çalışırlar". 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "Vayqaç adası". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "Полярники покинули метеостанцию на острове Вайгач из-за аварии с отоплением". РИА Новости. 2012-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-26.
- ↑ "Начальник полярной станции на мысе Болванский Нос убил подчиненного". Балтийское информационное агентство (БалтИнфо). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-25.