Vasili Tatisev - Wikipedia
Vasili Nikitiç Tatişev (rus. Васи́лий Ники́тич Тати́щев) (19 aprel, 1686 – 15 iyul, 1750)—Tanınmış rus tarixçisi, coğrafiyaşünası.
Vasili Tatişev | |
---|---|
rus. Васи́лий Ники́тич Тати́щев | |
Doğum tarixi | |
Doğum yeri | Pskov qəzası, Rusiya |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Moskva quberniyası, Rusiya |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRusiyanın berq-kollegiyasının müşaviri olmuşdu.
Tatişev coğrafiyaşünas kimi
redaktəRus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən «Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə göstərilir ki, coğrafiya üç hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya.
Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir. I. Tədqiqatın miqyasına görə:
- a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;
- b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya;
- v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya
II. Keyfiyyət göstəricilərinə görə:
- a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya;
- b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya;
- v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.
III. Zaman dəyişikliklərinə görə:
- a) qədim dünya coğrafiyası;
- b) orta əsrlər coğrafiyası;
- v) müasir coğrafiya.
Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o, əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir.Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə kömək məqsədilə xüsusi proqramlar tərtib etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi diqqət verilmiş, müxtəlif ərazilərin bu və ya digər istehsal sahələri üzrə ixtisaslaşmasını öyrənməyi irəli sürülmüşdür.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- История Российская. Том первый на сайте «Руниверс»
- Татищев Василий Никитич. История Российская. Часть 1
- Татищев Василий Никитич. История Российская. Часть 2 Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine
- Татищев Василий Никитич. Лексикон российской исторической, географической, политической и гражданской Arxivləşdirilib 2018-03-07 at the Wayback Machine
- Общество Некрополистов — Отчёт о поисках могилы В. Н. Татищева Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine
- ВИДЕОРОЛИК О ПОЕЗДКЕ НА МОГИЛУ ИСТОРИКА В.Н. ТАТИЩЕВА от 07.06.2012.