Vasili Severgin - Wikipedia
Vasili Mixayloviç Severgin (rus. Василий Михайлович Севергин; 19 sentyabr 1765, Sankt-Peterburq – 29 noyabr 1826, Sankt-Peterburq) — Rusiya kimyaçı, mineraloq, geoloq, İmperator elmlər akademiyasının akademiki (1793).
Vasili Severgin | |
---|---|
Василий Михайлович Севергин | |
Doğum tarixi | |
Doğum yeri |
Sankt-Peterburq, Rusiya imperiyası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya imperiyası |
Elm sahələri | Kimya, mineralogiya |
Elmi adları | professor, akademik (1793) |
İş yerləri | Peterburq Universiteti, Sankt-Peterburq dövlət texnologiya institutu |
Alma-mater | Peterburq Universiteti |
Təhsili | |
Elmi rəhbərləri | İvan Lepyoxin, İohann Fridrix Gmelin |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi-hal
redaktəSaray musiqiçisinin ailəsində anadan olmuşdur. O, İmperator elmlər akademiyasının nəzdindəki gimnaziyanı bitirdikdən sonra, 1785-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının Akademik Universitetini bitirdikdən sonra, mineralogiyanı öyrənmək üçün Göttingen Universitetinə göndərildi.
1789-cu ildə təhsilini bitirdikdən sonra Sankt-Peterburqa qayıtdı. O, Elmlər Akademiyasında mineralogiya kafedrasında adyunkt seçildi, 1793-cü ildə isə Elmlər Akademiyasının mineralogiya şöbəsini akademik və professoru adına layiq görüldü.
Mineraloq M. V. Severginın əsas məqsədi dəqiq müşahidələr idi. Çoxsaylı xatirələrini və məqalələrini rus dilində yazmışdır, bəziləri latın və fransız dilindədir. Məqalədə mineralogiya, fizika, kimya, Yer fizikası və kənd təsərrüfatı texnologiyasına aid olan əşyalar təsvir edilmişdir.
Severgin öz işlərində, mineralogiya sahəsində Rene-Jüst Qayuinin və kimya sahəsində Lavuazyenin baxışlarından istifadə etmişdir. O, Rusiya elmi texnologiyalarının zənginləşməsinə öz töhfəsini vermişdir. Məsələn, "oksidləşmə" termini ona məxsusdur.
Elmi və əbədi əsərləri ilə yanaşı M. V. Severgin verilən iştimai mühazirələr vasitəsilə elmi biliklərin yayilması əməyi 1790-cı ilin sonunda onun tərəfindən oxunmuşdur. Öz məqalələrini "Yeni ayliq qeydlər" və "Azad iqtisadi cəmiyyətinin prosesləri" nəşr edirdi. Severgin fəal işçilərdən biri idi və 1804-cü ildə Elmlər Akademiyası tərəfindən nəşr olunan "texnoloji jurnalin" baş redaktoru idi.
Özünə məxsus inşalardan başqa, Severgin bir çox xarici dil məqalələrinin tərcüməçisi kimi tanınırdı: o, Lui-Kadenin "Kimya lüğəti" (4 cilddə), Jan Emmanuel Jilberin "Botanika" (3 cilddə), İohan Qmelinin "Sənətkarlıq və bitkilərin kimyəvi əsasları", Kuzenin "Fiziki əsaslar" və s. kitabları tərcümə etmişdi. Severginin tərcümə zamanı müxtəlif elmi yenilikləri kitablara artırırdı.
Bundan başqa, o xarici yazıçıların işlərini giymətləndirib, Rusiya haqda məlumatları artırırdı. O, həmçinin bir neçə lüğət dərc etdirmişdi — "Mineralogiya" (1801, 1807), "Kimya" (1810) və "Elmi terminlərin izahlı lüğəti" (1815).
1803-cü ildə o, Ladoqanı şimal hissəsini ziyarət edir, əhalinin etnik tərkibini və dəmir, filiz və mərmər yataqlarını təsvir edir. Bu ekspedisiyanın nəticələri "Rusiya Finlandiyasına baxış" kitabında təsvir edilmişdir (1805).
Severgin tərəfindən "Rusiya dövlətinin qərb vilayətlərinə səyahət barədə qeydlər" kitabı nəşr edilmişdir. Kitabda, torpaq məlumatlarından başqa, bitkilərin təsviri və kitabın sonunda isə "Flora Grodnensis" və ya "Qrodno şəhəri ətrafında bitən, Jiliber tərəfindən toplanmış və Linney sistemi əsasında sıralanmış bitkilər haqda cədvəl" verilmişdi.
INŞALAR
redaktə- "Начальные основания естественной истории" ("Царство ископаемых", 2т., СПб.,1791)
- "Царство произрастений", 3т., СПб., (1794)
- "Первые основания минералогии , или естественной истории ископаемых тел" (2 т., 1798)
- "Пробирное искусство, или руководство к химическому испытанию руд"(1801)
- "Способ испытывать минеральные воды"(СПб., 1800)
- "Способ испытывать чистоту и неподложность химических произведений лекарственных" (ib.,1800)
- "Записки путешествия по западным провинциям российского государства"(2т.,1809)
- "Продолжение записок и т.д" (1804)
- "Обозрение Российской Финляндии"(1805)
- "Подробный словарь минералогический, содержащий в себе подробное изяснение всех в минералогии употребительных слов и названий, также все в науке сей учиненные новнйшие открытия" В 2т. СПб.: тип. ИАН,1807. Том 1., Том2.,
- "Опыт минералогического землеописания российского государства"(2т., 1809)
- "Руководство к удобнейшему разумению химических книг иностранных , заключающие в себе химические словари: латинско-российский,
- франц.-российский и немецко-российский"
- "Новая система минералов , основанная на наружных отличительных признаках"(СПб., 1816)
- "Кая Плиния Секунда Естественная история ископаемых тел"(1819) и др.
Severginın əsərlərinin və məqalələrinin tam siyahısı, həm çap edilmiş və həm də əlyazma formasında, M. İ. Suxomlinovanın "Rusiya Akademiyasının tarixi" kitabında qeyd olunub (т.4, СПб., 1816)
İstinadlar
redaktə- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Профиль Василия Михайловича Севергина на официальном сайте РАН
- Севергин, Василий Михайлович в словарях и энциклопедиях на Академике