Vasili Bakseyev - Wikipedia
Vasili Nikolayeviç Bakşeyev (rus. Васи́лий Никола́евич Бакше́ев) — sovet rəssamı. Peterburq Rəssamlıq Akademiyasının akademiki (1913). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947). SSRİ xalq rəssamı (1956).
Vasili Bakşeyev | |
---|---|
rus. Бакшеев, Василий Николаевич | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | (95 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | rus |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Fəaliyyəti | rəssam |
Təhsili | Moskva boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbi |
Janr | peyzaj |
Stillər | realizm, sosialist realizmi |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəVasili Bakşeyev 24 dekabr 1862-ci ildə Moskvada anadan olmuşdur. 1877—1888-ci illərdə A.K.Savrasov, V.D.Polenov və başqalarından dərs almışdır. Realist rəssamlar Birliyinin (1927—1931) təşkilatçılarından olmuşdur. Erkən yaradıcılığı son peredvijnikçilik ənənələri ilə bağlı idi. ("Gündəlik həyat" 1892—1893, "Evə qayıtma" 1898; hər ikisi Tretyakov qalereyasındadır). Vasili Bakşeyevin əsərlərinə əzəli lirik əhvali-ruhiyyə xasdır. ("Göyərçinlərə dən verən qız" (1887). Onlardakı bədiilik bir çox hallarda Polenovdan mənimsənilmiş plener vərdişləri ilə şərtləndirilir. Bu, bütün həyatı boyu onun yaradıcılığının əsas janrı olmuş peyzajda özünü daha qabarıq büruzə verir. ("Payız şəfəqləri", 1916, "Mavi bahar", 1930, "Tutqun səhər", 1945). Bakşeyevin "Moskva ətrafında" (1933) və "Yay günü" (1948) tabloları Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011. səh 86.