Varujan Karapetyan - Wikipedia
Varujan Karapetyan (erm. Վարուժան Կարապետեան; 7 mart 1954, Qamışlı, Əl-Həsəkə mühafazası – 29 yanvar 2019, İrəvan) — erməni terrorçu, ASALA təşkilatının üzvü.
Varujan Karapetyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 mart 1954 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 yanvar 2019 (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı |
Həyatı
redaktəVarujan Karapetyan 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlmişdir.1983-cü ilin 15 iyul tarixində Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır.[1]. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdır[2]
Fransanın Kretey şəhərində keçirilən məhkəmədə Karapetyan bombanı yerləşdirdiyi haqda daha öncə etdiyi etirafı rədd etmişdir. Buna baxmayaraq, məhkəmə onun terror əməlini törətməsini müəyyən etmiş və 1985-ci ilin 3 mart tarixində haqqında ömürlük həbs hökmü qərarı çıxarmışdır[3]. 17 il həbsxanada keçirən Karapetyan 2001-ci ildə, həbsxanadan Ermənistana sürgün edilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılmışdır.[4]
2001-də Fransadan köçən Karapetyan Ermənistanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanmışdır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz vermişdir[2]
Ermənistana gəldikdən sonra Dilican şəhərində yaşayan Karapetyan sərnişindaşıma sahəsində çalışan şirkətin sahibi olmuşdur.[5][6]
Karapetyan Orli hava limanında həyata keçirdiyi terror aktı barədə bunları demişdir:
Orli hava limanında həyata keçirilən əməl Levon Əkməkçiyanın 1982-ci ildə İstanbulda edam edilməsinə bir cavab idi. Biz yüksək rütbəli türk xüsusi xidmətinin işçilərini, habelə generalları və diplomatları daşıyacaq Türk Hava Yollarının təyyarəsini partlatmağı planlaşdırmışdıq. Keçirdiyimiz əməliyyat nəticəsində 10 nəfər türk qətlə yetirilmiş və 60 nəfər yaralanmışdır.[7] |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "The New York Times. Paris says suspect confesses attack". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-14.
- ↑ 1 2 RFE/RL: "Armenian premier meets with released ASALA member" Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine (May 7, 2001)
- ↑ United Press International, Foreign News Briefs, March 4, 1985
- ↑ Agence France Presse, April 24, 2001. Armenian terrorist freed and deported from France
- ↑ [1] [ölü keçid]
- ↑ [2] [ölü keçid]
- ↑ "Айоц Ашхар. Похитители чужой славы". 2011-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-14.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |