Varlilar Da Aglayir Teleserial 1979 - Wikipedia
Varlılar da ağlayır (isp. Los Ricos También Lloran) — Meksikada 1979-cu ildə istehsal olunmuş telenovella.
Varlılar da ağlayır | |
---|---|
isp. Los Ricos También Lloran | |
Janr | melodram / dram |
Rejissor | Fernando Çakon |
Prodüserlər |
Xose Alberto Kastro Valentin Pimşteyn |
Ssenari müəllifləri |
Valeriya Fillips İnes Rodena Karlos Romero |
Baş rollarda |
Veronika Kastro Rohelio Gerra Kristian Bax Rafael Bankels Rosio Bankels Auqusto Benediko Gilyermo Kapetilyo Ada Karrasko Estela Çakon Aurora Klavel |
İstehsalçı | Televisa |
Distribütor | Televisa |
Filmin növü |
Teleserial (telenovella) |
Müddət | 25 dəqiqə |
Ölkə | Meksika |
Dil | İspan |
İl |
16 oktyabr 1979 - 29 fevral 1980 |
Bölüm sayı | 244 |
IMDb | ID0211855 |
Məzmunu
redaktəMarianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu dəfə də baş qadın qəhrəmanı kişilər aralarında bölə bilmirlər.
Təsiri
redaktə"Marianna" serialı dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orxan Pamuk "Qar" romanında yazıb:
Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Artıq qızlardan bəziləri intihar etmişdir. Qarsa jurnalist kimi gəlmiş K.A. intihar etmiş qızlardan birinin ailəsi ilə söhbət zamanı öyrənir ki, qız intihardan qabaq " Marianna" serialına baxıb, bundan sonra otağına keçib intihar edib. Yəqin ki, sevgisi uğrunda mübarizə aparan Mariannanın cəsarəti ilə özünün çarəsizliyini müqayisə etdikdən sonra çıxış yolunu intiharda görmüşdü bədbəxt qızcığaz.
— "Qar" romanı, Orxan Pamuk
İstinadlar
redaktəMənbə
redaktə- Qızları intihara sövq edən serial — Marianna ESSE Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine